FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Gənclərin inkişafı üçün beş istiqamət
Fəaliyyət istiqamətlərimiz gənclərin fərdi inkişafını dəstəkləmək, onların cəmiyyətə aktiv və faydalı şəkildə inteqrasiyasını təşviq etmək məqsədini daşıyır.
Sağlam Həyat Tərzi
Fiziki aktivlik, mental sağlamlıq, düzgün qidalanma və zərərli vərdişlərə qarşı ictimai fərqindəlik.
Ekoloji Maarifləndirmə
Gənclər arasında ekoloji məsuliyyət, icma təşəbbüsləri və davamlı davranış modellərinin təşviqi.
İnklüziv Cəmiyyət
Həssas qruplara aid gənclərin bərabərhüquqlu iştirakını və sosial inteqrasiyasını dəstəkləyən fəaliyyətlər.
Qeyri-formal Təhsil
Tənqidi düşüncə, ünsiyyət, yaradıcılıq, problem həlletmə və sosial bacarıqların inkişafı.
Beynəlxalq Əməkdaşlıq
Azərbaycanlı gənclərin beynəlxalq təcrübə qazanması və tərəfdaşlıq imkanlarına çıxışı.
