Skip to content Skip to footer

Sağlam Həyat Tərzi

Sağlam həyat tərzinin təşviqi “Sağlam Düşüncə” Gənclər Təşkilatının yarandığı gündən etibarən əsas fəaliyyət istiqamətlərindən biridir. İnanırıq ki, sağlam cəmiyyət yalnız fiziki sağlamlıqla deyil, həm də düzgün qidalanma, psixoloji rifah, sağlam seçimlər və maariflənmə ilə formalaşır. Məhz buna görə təşkilat olaraq gənclər arasında sağlam həyat tərzini təşviq edən davamlı maarifləndirici və praktiki fəaliyyətlər həyata keçiririk. 

Bu istiqamət çərçivəsində məqsədimiz gənclərdə fiziki aktivliyə marağı artırmaq, düzgün qidalanma, mental sağlamlıq və zərərli vərdişlərdən uzaq həyat tərzi barədə məlumatlılığı gücləndirmək, eyni zamanda sağlam həyat tərzini gündəlik həyatın ayrılmaz hissəsinə çevirməkdir. Seminarlar, təlimlər, idman və ictimai tədbirlər, veloyürüşlər, yerli və beynəlxalq layihələr vasitəsilə gənclərin sağlam seçimlər etməsinə və daha aktiv cəmiyyətin formalaşmasına töhfə verməyə çalışırıq.

 

Bu istiqamət üzrə fəaliyyətlərimiz “Sağlam Yaşa” komandası tərəfindən icra olunur. Komanda çərçivəsində əsas fəaliyyət istiqamətləri:

    • Gənclər arasında sağlam həyat tərzi mədəniyyətini formalaşdırmaq və onların gündəlik həyatlarında sağlam seçimləri təşviq etmək;
    • Fiziki aktivliyi və idmanı təşviq etmək, hər kəs üçün əlçatan və davamlı aktiv həyat tərzini dəstəkləmək;
    • Düzgün qidalanma, mental sağlamlıq və sağlam yaşam vərdişləri haqqında maarifləndirmə fəaliyyətləri həyata keçirmək;
    • Tütün və digər zərərli vərdişlərin mənfi təsirləri barədə məlumatlılığı artırmaq və profilaktik tədbirləri təşviq etmək;
    • Qeyri-formal təhsil metodları vasitəsilə gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək, onları sağlam həyat tərzinin fəal təbliğatçılarına çevirmək;
    • Yerli və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə sağlam həyat tərzinin təşviqinə yönəlmiş layihələr həyata keçirmək və cəmiyyətə uzunmüddətli müsbət təsir göstərmək.;
  •