Skip to content Skip to footer

Beynəlxalq Əməkdaşlıq

“Sağlam Düşüncə” Gənclər Təşkilatı 2008-ci ildən Azərbaycanlı gənclərin beynəlxalq təcrübə qazanmasına dəstək olur və gənclər sahəsində uğurlu beynəlxalq təcrübələri öyrənmək üçün əlaqələrini davamlı olaraq genişləndirir.

Fəaliyyətlərimizin əsas məqsədi gənclərin beynəlxalq imkanlara çıxışını genişləndirmək, onların bilik, bacarıq və dünyagörüşünü inkişaf etdirmək, eləcə də Azərbaycan ilə beynəlxalq gənclər təşkilatları arasında dayanıqlı əməkdaşlıq şəbəkəsi formalaşdırmaqdır. Bu istiqamət vasitəsilə gənclərin qlobal düşünən, təşəbbüskar və beynəlxalq mühitdə uğurla fəaliyyət göstərə bilən fərdlər kimi yetişməsini dəstəkləyirik.

Bu istiqamət çərçivəsində Erasmus+Avropa Həmrəylik Korpusu (ESC) kimi beynəlxalq proqramlar vasitəsilə gənclərin təlimlərdə, gənclər mübadilələrində, könüllülük layihələrində və tərəfdaşlıq fəaliyyətlərində iştirakını təşviq edirik. Eyni zamanda, beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq edərək Azərbaycanda gənclərin inkişafına yönəlmiş layihələr həyata keçirir, xarici təşkilatlarla davamlı əlaqələr qurur və uğurlu təcrübələrin ölkəmizdə tətbiqinə töhfə veririk.

Erasmus+ proqramı nədir?

Erasmus+ proqramı 5 əsas fəaliyyətdən ibarətdir: 

Əsas Fəaliyyət (Key action) 1 – Fərdlərin mobilliyi 

Əsas Fəaliyyət (Key action) 2 – İnnovasiya üçün əməkdaşlıq və uğurlu təcrübələrin mübadiləsi

Əsas Fəaliyyət (Key action) 3 – Siyasi (Policy) islahatlar üçün dəstək

 

Fəaliyyət (Key action) 1 çərçivəsində Azərbaycanlı gənclər müxtəlif təlim kurslarında və Gənclər mübadilələrində iştirak edə bilərlər.

 

  • Gənclər mübadiləsi ən azı 2 müxtəlif ölkədən olan gənclərin maksimum 21 gün müddətində layihə çərçivəsində görüşmək imkanı verir. Mübadilə zamanı qrup rəhbərləri tərəfindən koordinasiya olunan iştirakçılar layihə mövzusuna uyğun olaraq layihədə fəal iştirak edirlər. Gənclər mübadiləsi gənclərə səriştələrini inkişaf etdirmək, sosial əhəmiyyətli mövzulardan/tematik sahələrdən xəbərdar olmaq, əsasən həmyaşıd öyrənmə yolu ilə yeni mədəniyyətlər, vərdişlər və həyat tərzləri kəşf etmək, həmrəylik, demokratiya, dostluq və s. kimi dəyərləri gücləndirmək imkanı verir. 

 

  • Təlim kursları gənclər sektorunda çalışan işçilərin transmilli / beynəlxalq seminarlar, əlaqə qurma tədbirləri, təhsil ziyarətləri və s. kimi fəaliyyətlərin həyata keçirilməsi və ya xaricdə iş/müşahidə müddətləri kimi fəaliyyətlərlə peşəkar inkişafını dəstəkləyir. Bütün bu fəaliyyətlər layihədə iştirak edən təşkilatlar tərəfindən tənzimlənir. Gənclər sektorunda çalışan işçilərin bu cür layihələrdə iştirakı onların təmsil etdiyi təşkilatlarının potensialının artırılmasına kömək etməli və gənclərlə gündəlik işlərinə effektiv təsir göstərməlidir. 

 

Fəaliyyət (Key action) 2 

Strateji Tərəfdaşlıqlar təhsil, təlim və gənclik sahələrində fəaliyyət göstərən təşkilatlara, eləcə də müxtəlif sosial-iqtisadi sektorlarda fəaliyyət göstərən müəssisələrə, dövlət orqanlarına, vətəndaş cəmiyyəti təşkilatlarına innovativ təcrübələri öyrənmək və tətbiq etmək üçün əməkdaşlıq  etmək imkanı yaradır.

 

Gənclik sahəsindəki potensialın artırılması, xüsusilə Aİ-nin qonşu tərəfdaş ölkələri ilə əməkdaşlığı hədəf alır. Bu fəaliyyət gənclər sahəsində əməkdaşlıq və mübadiləni inkişaf etdirir, gənclərin işinin keyfiyyətini və tanınmasını, qeyri-formal təhsil və könüllülüyü artırır.

 

Fəaliyyət (Key action) 3 

Siyasi Dialoqlar: gənclər və gənclər sahəsində qərar qəbul edən şəxslər arasındakı görüşlər gənclərin demokratik həyatda fəal iştirakını təşviq edir və qabaqcadan müəyyən edilmiş siyasi çərçivə ətrafında müzakirə aparır.



Erasmus+ -ın qarşıya qoyduğu əsas hədəflər:

  • Gənclər və məhdud imkanlı şəxslərin bacarıqlarını və səriştələrini yüksəltmək
  • Demokratik fəaliyyət, fəal vətəndaşlıq, mədəniyyətlərarası dialoq, sosial inteqrasiya və həmrəyliyi təşviq etmək
  • Gənclər təşkilatları arasındakı əməkdaşlığı gücləndirmək
  • Qeyri-formal təhsil sistemini tanıtmaq və inkişaf etdirmək
  • Gənclik fəaliyyətinin beynəlxalq ölçüsünü artırmaq

 

Təşkilatın Erasmus+ da rolu

Sağlam Düşüncə Gənclər Təşkilatı beynəlxalq sahədə tanınmış və inkişaf etmiş təşkilatlardan biridir. Təşkilat olaraq hər il əməkdaş təşkilatların layihələrində fəal iştirak edir və Azərbaycanlı gənclərə beynəlxalq layihələrdə iştirak imkanı yaradırıq. Erasmus+ ilə bağlı layihələr mütəmadi olaraq təşkilatın rəsmi səhifəsində və saytında elan olunur. Layihələrə seçim təşkilat tərəfindən aparılır və 2 hissədən ibarətdir: Ərizə ilə müraciət eymiş uğurlu namizədlər onlayn müsahibəyə dəvət edilir. 

Təşkilat Azərbaycanda bu proqram çərçivəsində fəal olaraq müxtəlif mövzularda layihələr həyata keçirir.

Avropa Həmrəlik Korpusu (ESC) nədir?

2018-ci ildən etibarən Avropada könüllülük layihələri Avropa Həmrəylik Korpusu programı çərçivəsində təşkil edilir. Avropa Həmrəylik Korpusu özündə bir necə kompanenti birləşdirən və məqsədi gənclər arasında həmrəyliyi təbliğ etmək, demokratiya və vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsinə töhfə vermək, gənclərin könüllülük fəaliyyətlərinə marağını artırmağa yönəlik Avropa İttifaqının proqramıdır.

Məqsədlər:

  • Könüllülərin iştirakçı təşkilatların köməyi ilə bacarıqlarını, fərdi, mədəni, peşə, sosial, vətəndaş, təhsil səriştələrini inkişaf etdirmək
  • Avropa Həmrəylik Korpusu iştirakçılarına təklif olunan həmrəylik fəaliyyətlərinin yüksək səviyyədə olmasını, düzgün təsdiqlənməsini və Avropa Həmrəylik Korpusunun prinsiplərinə hörmət göstərilməsini təmin etmək
  • İnklüziv cəmiyyətin yaradılmasına dəstək göstərmək

Avropa Həmrəylik Korpusu çərçivəsində təşkil edilən könüllülük layihələri iki fərqli formatda olur 

  • Fərdi könüllülük:

Fərdi Könüllülük 2 aydan 12 aya qədər layihələrdir. fəaliyyət zamanı könüllülərə təşkilat daxilində layihənin mövzsuna uyğun olaraq fayda vermək imkanı yaradır. Fərdi könüllülük özü də iki qrupa bölünür: qısamüddətli ( 2 həftədən 59 günə qədər) və uzunmüddətli (59 gündən 1 ilə qədər). Müvafiq əsaslandırılmış hallarda, xüsusən məhdud fəaliyyətli gənclərin iştirakını təşviq etmək üçün fərdi könüllülük layihələri 2 həftdən – 2 aya qədər könüllülük layihələri də təşkil edilə bilər. Qeyd etmək lazımdır ki, hər bir gəncin (18-30 yaş aralığı) uzunmüddətli layihədən yalnız 1 dəfə yararlanmaq imkanı var, həmçinin ilk dəfə qısamüddətli  layihə edib və daha sonra uzunmüddətli layihəyə müracət etmək imkanı da yaradılır ki, bu da toplamda iki dəfə proqramdan yararlanmaq şansı yaradır. Layihə zamanı bütün xərclər qarşılanır eləcə də iştirakçıya aylıq xərclərini qarşılamaq üçün ölkənin yaşam şəraitindən asılı olaraq maddi təminat da verilir və iştirakçıdan layihədən əvvəl heç bir iştirak haqqı tələb olunmur. 

  • Komanda könüllülüyü:

Ən azı 2 ölkədən gələn 10-40 arası iştirakçıdan ibarət komandaların 2 həftə ilə 2 ay arasında bir müddət birlikdə fəaliyyət göstərməsinə imkan yaradan həmrəylik fəaliyyətidir. Bu cür həmrəylik fəaliyyətləri, xüsusən məhdud imkanlı gənclərin Avropa Həmrəylik Korpusuna daxil edilməsinə kömək edir. Könüllülərin ən azı dörddə biri xaricdən gəlməlidir. 

Avropa Həmrəylik Korpusundan faydalanmaq üçün təşkilatlar akkreditasiyaya sahib olmalıdır. Bu akkreitasiya iki qrupa bölünür: Göndərən və qəbul edən. 

Təşkilatın rolu:

Təşkilat olaraq bu proqramda 2015-cı ildən bəri fəaliyyət göstəririk və gənclərə bu proqramdan maksimum dərəcədə yararlanmasına şərait yaradırıq. Təşkilatın göndərən və qəbul edən akkreditasiyası mövcuddur. Layihələr barədə məlumatı vaxtaşırı olaraq hesablarımızda paylaşırıq. Layihələrə iştirakçıları qəbul edən təşkilat seçir və sonrakı mərhələdə göndərən təşkilat olaraq könüllüyə visa, sığorta, ilkin təlim və digər dəstəyi təmənnası göstəririk. Bu proqram daxilində gənclər istədikləri Avropa ölkəsində özlərində inkişaf etdirmək istədikləri sahəni seçərək CV və  istək məktublarını göndərməklə müraciət edə bilərlər. CV və Motivasiya məktubu Youth Portaldan qeydiyyatdan keçdikdən sonra profildə yerləşdirilir. Proqrama daxil olan layihələri tapmaq üçün European Youth Portal-a daxil olaraq qeydiyyatdan keçdikdən sonra Azərbaycanlı gənclərin iştirak edə biləcəyi layihələri araşdırmaq lazımdır. Portalda qeydiyyatdan keçməkhesabınızı zənginləşdirib layihələrə müraciət etmək haqqında təlimat videoları ilə tanış ola bilərsiniz.

Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzə Azərbaycanda Məlumat Mərkəzi

Sağlam Düşüncə Gənclər Təşkilatı SALTO–nun Şərqi Avropa və Qafqaz ölkələri üzrə Resurs Mərkəzinin (SALTO EECA) elan etdiyi müsabiqənin qalibi olaraq 2019-cu ildən bəri ardıcıl 7 ildir ki, Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzə Azərbaycanda Məlumat Mərkəzi kimi fəaliyyət göstərir. 2017-ci ildən bəri Şərq tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyət göstərən Məlumat mərkəzlərinin əsas məqsədi Erasmus+ Gənclər və Avropa Həmrəylik Korpusu proqramı proqramı çərçivəsində gənclər və gənclər təşkilatlarının imkanları barədə məlumat vermək və onlara layihələrinin həyata keçirilməsində dəstək olmaqdır.

Qeyd edək ki, hər il SALTO EECA tərəfindən elan edilən müsabiqə yolu ilə Şərq tərəfdaşlığı ölkələri və Rusiyadan hər ölkə üzrə 1 gənclər təşkilatı seçilir və ERASMUS+ Gənclər proqramları üzrə yerli səviyyədə Məlumat Mərkəzinin koordinasiyasını həyata keçirir.

Hər il hazırlanan fəaliyyət planı əsasında Sağlam Düşüncə Gənclər Təşkilatı Məlumat Mərkəzi olaraq müxtəlif regionların Gənclər Evləri və Mərkəzlərində, ali təhsil müəssisələrində seminarlar, sosial media hesabları üzərindən online məlumat sessiyaları, webinarlar və digər maarifləndirici tədbirlər həyata keçirir. Eyni zamanda gənclər və gənclər təşkilatlarının nümayəndələrinin ünvanladığı suallar cavablandırır və konsultasiya xidməti göstərir.

 

!! Qeyd: Məlumat Mərkəzi Erasmus+ təhsil proqramları ilə əlaqədar məlumatlandırma və konsultasiya xidməti göstərmir. Erasmus+ proqramının bakalavr pilləsində olan təhsil imkanları ilə əlaqədar təhsil aldığınız univeristetin beynəlxalq əlaqələr şöbəsi ilə, magistratura pilləsində olan təhsil imkanları ilə əlaqədar isə office@erasmusplus.org.az emaili vasitəsi ilə məlumat əldə edə bilərsiniz.