Skip to content Skip to footer

Təşkilat Haqqında

“Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi 2006-cı il 7 yanvar tarixində Sumqayıt şəhərində bir qrup gənc tərəfindən təsis edilmiş qeyri-siyasi, qeyri-kommersiya, qeyri-hökumət gənclər qurumudur. Təşkilat 2006-cı il 19 aprel tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır (Qeydiyyat № 1106-Q10-2087). 19 ildən artıqdır ki, qeyri-formal təhsil, könüllülük və ictimai təşəbbüslər vasitəsilə gənclərin fərdi inkişafına və vətəndaş cəmiyyətində fəal iştirakına töhfə veririk.

Biz kimik?

SDGT ümumi maraqlar əsasında birləşmiş, könüllülük və üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-hökumət təşkilatıdır. Təşkilat gənclərin şəxsi, sosial və peşəkar inkişafını dəstəkləyir və onların vətəndaş cəmiyyətində fəal iştirakını təşviq edir. Fəaliyyətimizin əsas məqsədi gənclərin vətəndaş cəmiyyəti quruculuğunda aktivliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək, ekoloji maarifləndirməni genişləndirmək, inklüziv cəmiyyətin formalaşmasına dəstək göstərmək və təhsilin keyfiyyətinin artırılmasına töhfə verməkdir.

Vizyonumuz

Azərbaycanda və regionda gənclərin inkişafına töhfə verən, innovativ yanaşmaları və beynəlxalq əməkdaşlıqları ilə seçilən aparıcı gənclər təşkilatlarından biri olmaq.

Missiyamız

Gənclərin vətəndaş cəmiyyətinin inkişafında fəal iştirakını təşviq etmək, onların bilik, bacarıq və liderlik potensialını qeyri-formal təhsil və ictimai təşəbbüslər vasitəsilə inkişaf etdirmək.

Dəyərlərimiz

Fərdi azadlıq & Kollektiv məsuliyyət

Öyrənmək və öyrətmək

Səmimiyyət və hörmət

Fərdi inkişaf

Məqsədlərimiz

Gənclərin vətəndaş cəmiyyətinin qurulmasında fəal iştirakını təşviq etmək.

Gənclərin liderlik, tənqidi düşüncə və sosial məsuliyyət bacarıqlarını inkişaf etdirmək.

Vətəndaşların sosial, hüquqi və sağlamlıq sahələrində maarifləndirilməsinə töhfə vermək.

İctimai yönümlü və qeyri-formal təhsilin inkişafını dəstəkləmək.

Gənclərin qarşılaşdıqları problemləri araşdırmaq və onların həllində fəal iştirakını təşviq etmək.

Təhsilin keyfiyyətinin yüksəldilməsi prosesində gənclərin rolunu və fəallığını artırmaq.

Fəaliyyət İstiqamətlərimiz

Sağlam Həyat Tərzi

Ekoloji Maarifləndirmə

İnklüziv Cəmiyyət

Qeyri-formal Təhsil

Beynəlxalq Əməkdaşlıq

Təsisçilərimiz

Zahid Adıgözəlov

Zahid Adıgözəlov

Həmtəsisçi

lorem.ipsum@lorem.com

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Integer vitae sem at tortor luctus facilisis. Suspendisse potenti. Praesent non arcu vitae justo posuere tincidunt, sed gravida neque.