Skip to content Skip to footer
Üzvlük

Bizə qoşul!

 

“Sağlam Düşüncə” Gənclər Təşkilatına üzv olmaq və komandamızın fəal bir parçasına çevrilmək istəyirsinizsə?!

O zaman bu imkan sizin üçündür. Bunun üçün çox sadə şərtlərimiz var.

 

Nizamnamə
Müraciət tarixi bitib. Son qəbul tarixi 10 may 2026-cı il saat 23:59 idi.
Üzvlüyə müraciət qaydası və tələblər

Sadə şərtlər

Əgər şərtlər sizin üçün məqbuldursa, təşkilatın Nizamnaməsi, fəaliyyət istiqamətləri və üzvlük qaydaları ilə tanış olmağınız vacibdir.

  • İctimai fəal olmaq
  • Könüllü fəaliyyətdə maraqlı olmaq
  • Öyrənməyə açıq, öyrətməyə həvəsli olmaq

Necə üzv ola bilərsiniz?

  1. 01
    Elektron müraciət

    Ərizəni son qəbul tarixinədək dolğun doldurmuş namizədlərin müraciətlərinə baxılır. İlkin seçim mərhələsi üçün rəsmi imeyllər sadəcə seçilən namizədlərə göndərilir.

  2. 02
    Tanışlıq və sınaq müddəti

    Uyğun müraciətlərdən sonra müraciətçilər Sumqayıtdakı ofisə fərdi tanışlıq üçün dəvət olunur. Daha sonra 4 aylıq sınaq müddəti başlayır.

  3. 03
    Müsahibə

    İdarə heyəti, Nəzarət Təftiş Komissiyası və Baş katibin iştirakı ilə namizədin sınaq müddətində fəaliyyəti qiymətləndirilir və yekun üzvlük müsahibəsi təşkil olunur.

  4. 04
    Tam hüquqlu üzv

    Sınaq müddətini uğurla başa vurub müsahibədən keçən namizədlər təyin edilən illik üzvlük haqqını ödəyərək təşkilatın tam hüquqlu üzvünə çevrilirlər.

Üzvlüyə müraciət qaydası və tələblər

Müraciət qaydası

Yaşı 16-dan yuxarı olan hər bir Azərbaycanlı gənc təşkilata üzvlük üçün müraciət edə bilər.

İdarə heyətinin qərarına əsasən 2023-cü ildən etibarən üzvlüyə müraciət üçün ərizə formaları müəyyən müddət ərzində toplanır, ilkin seçim mərhələsindən sonra namizədlərlə görüş keçirilir və üzvlüyə namizədlərin sınaq müddətinə start verilir.

Müraciətlər əsasında İdarə heyəti ilkin seçim mərhələsindən keçmiş gəncləri ilkin tanışlıq görüşünə dəvət edir. Bu görüş zamanı fəal kommunikasiya üçün onlar üzvlərin imeyl və sosial şəbəkə üzərindən olan daxili qruplarına qoşulurlar.

Üzvlüyə namizədlərə 4 aylıq sınaq müddəti verilir və onlar bu zaman kəsiyində tətbiq olunacaq fəaliyyət proqramı ilə tanış olurlar. Sınaq müddətində olan şəxslər işləyəcəkləri komandaları seçə və ya istədikləri vaxt başqa komandalara keçə bilərlər.

Sınaq müddətini tamamlamış namizədlər daha sonra müsahibəyə dəvət olunur. Müsahibə komandasının qərarı ilə namizədlər üzvlüyə qəbul olunur və ya imtina cavabı alırlar.

Üzvlüyə müsahibədən öncə hazırlanmış qiymətləndirmə formaları namizəd və fəaliyyət komandası koordinatoru tərəfindən doldurulur. Müsahibə namizədin qoşulduğu fəaliyyət komandası koordinatoru, İdarə heyəti, katiblik və nəzarət təftiş komissiyası nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

Tamhüquqlu üzvün vəzifələri
  • Təşkilatın hər bir üzvü onun Nizamnaməsini oxumalı, qaydalarına və dəyərlərinə hörmətlə yanaşmalıdır.
  • Üzvlər davamlı kommunikasiya və hesabatlılığı təmin etməli, təşkilatın aylıq və illik ümumi iclaslarında və komanda görüşlərində iştirak etməlidirlər.
  • Sınaq müddətini tamamlamaq üçün tətbiq edilən fəaliyyət proqramlarında iştirak etməlidirlər.
  • Hər bir üzv qoşulduğu komandanın işində aktiv fəaliyyət göstərməli, tapşırılan və ya öhdəsinə götürdüyü işi vaxtında yerinə yetirməlidir.
  • Üzvlər komanda daxilində mütəmadi əlaqə saxlamalı, dostluq və işgüzar mühiti qorumalı, təşkilatın işində təşəbbüskarlıq göstərməlidirlər.
  • Hər bir üzv təşkilatı və ölkəni həm yerli, həm də beynəlxalq layihələrdə ən üst səviyyədə təmsil etməlidir.
  • Üzvlər təşkilat adından yerli və ya beynəlxalq layihələrə müraciət etməzdən öncə İdarə heyəti və Baş Katibi xəbərdar etməli, layihənin detalları barədə məlumat verməlidirlər.
  • Üzvlər İdarə heyətinin müəyyənləşdirdiyi illik üzvlük haqqını təyin olunmuş son tarixə kimi ödəməlidirlər. Sınaq müddətini və müsahibəni uğurla tamamlayan yeni üzvlər illik üzvlük haqqını 1 ay ərzində ödəməlidirlər.

Qeyd: Üzvlük haqqı 1 illik 36 AZN təşkil edir. Üzvlük haqqı sınaq müddəti bitdikdən və müsahibədən keçdikdən sonra ödənilir.

Qeyd: Yalnız üzvlər təşkilatı beynəlxalq və yerli tədbirlərdə təmsil etmək hüququna malikdir. Namizədlər heç bir halda təşkilatı referans olaraq göstərə bilməz.

Tamhüquqlu üzvlərin hüquqları
  • Tamhüquqlu üzvlər təşkilatın idarəetmə strukturunda vəzifə tuta, seçə və seçilə bilərlər.
  • Bir ildən çox təşkilat təcrübəsi olan tamhüquqlu üzvlər Sədrliyə, Baş Katibliyə, Nəzarət Təftiş Komissiyasına və Mühasibliyə namizədlik verə bilərlər.
  • 9 aydan çox təşkilat təcrübəsi olan tamhüquqlu üzvlər İdarə Heyətinə, 6 aydan çox təşkilat təcrübəsi olan tamhüquqlu üzvlər isə Xəzinədar, İctimaiyyətlə əlaqələr üzrə katib və Üzvlərlə iş üzrə katib vəzifələrinə namizədlik verə bilərlər.
  • Tamhüquqlu üzvlər təşkilatı beynəlxalq və ya yerli layihələrdə təmsil edə və ya iştirak üçün onun adından müraciət edə bilərlər.
  • İdarə heyəti və Nəzarət Təftiş Komissiyası üzvün müraciət edəcəyi tədbirin təşkilatın maraqlarına zidd olduğunu və ya reputasiyasına ziyan gətirəcəyini düşündüyü təqdirdə icazə verməmək və ya imtina etmək hüququna sahibdir.
  • Tamhüquqlu üzvlər beynəlxalq və ya yerli layihələrə müraciət edərkən təşkilatdan tövsiyə məktubu istəyə bilərlər.
  • Tamhüquqlu üzvlərin yalnız üzvlər üçün nəzərdə tutulan təşkilatdaxili tədbirlərdə iştirak etmək hüququ var.
  • Tamhüquqlu üzvlər qrant və ya tender proqramlarına icazə almaq şərti ilə təşkilatın adından beynəlxalq və ya yerli layihə təşəbbüsləri ilə müraciət edə bilərlər.
  • Üzvlər təşkilatın daxili elektron şəbəkələrinə qoşula, oradan mütəmadi olaraq yeni məlumatlar və xəbərlər ala bilərlər.
Üzvlüyə nə zaman xitam verilə bilər?
  • Üzvün öz istəyi ilə.
  • Üzv göstərilən son ödəmə tarixinədək son iki ildə üzvlük haqqını ödəmədikdə.
  • Üzv təşkilatın Nizamnaməsinə zidd hər hansısa bir davranış etdikdə.
  • Üzv mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda.
  • Təşkilatın daxili nizam-intizam qaydalarını ciddi şəkildə pozduqda. Bu halda üzvlük haqqı geri ödənilmir.