Skip to content Skip to footer

Yunanistanda uzunmüddətli könüllülük imkanı!

Məkan: Patras, Yunanistan

Qəbul edən təşkilat: INTERMEDIAKT – INTERACTIVE MEDIA KNOWLEDGE TRANSFER

Göndərən təşkilat: Sağlam Düşüncə Gənclər Təşkilatı

18–30 yaş arası gənclər veb inkişafı və dizayn, tədqiqat və təhsil, layihə təkliflərinin hazırlanması və tədqiqat, həmçinin kommunikasiya və multimedia istiqamətlərindən birində könüllü kimi fəaliyyət göstərmək imkanı əldə edəcəklər.

Layihə iştirakçılara real iş təcrübəsi qazanmaq, şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirmək, eyni zamanda dinamik komandada işləyərək cəmiyyətə faydalı layihələrə töhfə vermək imkanı təqdim edir.

Müraciət etmək üçün 23 avqust 2026-cı il tarixinədək CV-nizi və qısa motivasiya məktubunuzu göndərin. Motivasiya məktubunda üstünlük verdiyiniz fəaliyyət istiqamətini və ya istiqamətlərini (veb inkişafı və dizayn, tədqiqat və təhsil, layihə təkliflərinin hazırlanması və tədqiqat, kommunikasiya və multimedia) qeyd etməyiniz xahiş olunur.

Necə müraciət etməli? Layihə haqqında məlumatı Info Pack diqqətlə oxuyun və müraciətinizi European Youth Portal vasitəsilə edin.

Layihə müddəti: 01/10/2026 to 30/03/2027

Son müraciət tarixi: 16/08/2026 23:59

Yaşayış, qidalanma və nəqliyyat

Siz Patra şəhərində digər könüllülərlə birlikdə tam təchiz olunmuş ortaq mənzildə qalacaqsınız. Gündəlik 13,5 avro məbləğində cib xərcliyi və qida xərcləri üçün maliyyə dəstəyi təqdim olunacaq. Könüllünün yaşadığı ölkədən Patra şəhərinə gediş və layihə başa çatdıqdan sonra geri dönüş səyahət xərcləri məsafə kateqoriyasına uyğun olaraq qarşılanacaq (https://erasmus-plus.ec.europa.eu/resources-and-tools/distance-calculator). Viza tələb olunan hallarda, müraciət prosesi boyunca sizə dəstək göstəriləcək. Bundan əlavə, siz HENNER sağlamlıq sığortası ilə də təmin olunacaqsınız.

İştirakçı profili

Öyrənməyə həvəsiniz varmı? Məsuliyyətli, etibarlı və əməkdaşlığa açıq birisiniz? Komanda ilə işləməyi sevirsiniz? Komfort zonanızdan çıxaraq unudulmaz və fərqli bir təcrübə yaşamaq istəyirsiniz? Təşkilatçılıq və problemlərin həlli bacarıqlarına maliksiniz? İngilis dilini ən azı B1/B2 səviyyəsində bilirsiniz? Fərqli mədəniyyətlərlə işləmək və interkultural bacarıqlarınızı inkişaf etdirmək istəyirsiniz? Qeyri-formal təhsil və öyrənmə, kommunikasiya və multimedia, maliyyə vəsaitlərinin cəlb edilməsi (fundraising) və veb dizayn sahələrində bilik, təcrübə və ya güclü marağınız varmı?

Sending organisation information

Common Sense Youth Organization
Contact person: Ramiz Aliyev
email: evs@csyo-az.org