Skip to content Skip to footer

Sumqayıtda uzunmüddətli könüllülük imkanı!

 

Məkan: Sumqayıt, Azerbaijan

Qəbul edən təşkilat: Sağlam Düşüncə Gənclər Təşkilatı

Avropa Həmrəylik Korpusu (European Solidarity Corps) təşəbbüsü çərçivəsində Azərbaycan, Sumqayıtda fəaliyyət göstərən “Common Sense” Gənclər Təşkilatına (CSYO) qoşulacaq həvəsli və uzunmüddətli könüllülər axtarılır. Könüllülər maraq dairələri və profillərinə uyğun olaraq müxtəlif fəaliyyətlərdə iştirak etmək, əsasən isə İctimaiyyətlə Əlaqələr (PR) komandasında öz bacarıqlarını inkişaf etdirmək və təşkilatın fəaliyyətinə töhfə vermək imkanı əldə edəcəklər.

Necə müraciət etməli? Layihə haqqında məlumatı diqqətlə oxuya və müraciət forması ilə buradan tanış ola bilərsiniz. https://form.jotform.com/https://form.jotform.com/sdgt/long-term-vol-prsdgt/long-term-vol-pr

Layihə müddəti: 01/10/2026 to 01/10/2027 (6–12 ay)

Son müraciət tarixi: 16/09/2026

Yaşayış, qidalanma və nəqliyyat

Səyahət xərcləri Aİ-nin məsafə kalkulyatoruna əsasən qarşılanacaq. Könüllülərin yaşayış yeri Sumqayıt Gənclər Evi olacaq. Hər bir könüllü Wi-Fi, ümumi mətbəx, hamam və digər zəruri şəraitlə təchiz olunmuş fərdi otaqda qalacaq.Könüllülərə qida xərcləri üçün gündəlik 6 avro, əlavə olaraq isə gündəlik 6 avro cib xərci ödəniləcək.Könüllülərin sığortası Avropa Həmrəylik Korpusu (Henner Insurance) tərəfindən qarşılanır.

Layihə müddətində təlim
Layihənin ilk ayı ərzində könüllülərin təşkilatımız, onun dəyərləri, komanda üzvləri, layihələri və iş metodları ilə daha yaxından tanış olmalarına kömək etmək məqsədilə oriyentasiya proqramı təşkil olunacaq. Könüllülər, həmçinin SALTO EECA tərəfindən Gürcüstanda təşkil olunan gəliş təlimində (on-arrival training) və aralıq görüşdə (mid-term meeting) iştirak edəcəklər. Bu tədbirlərdə Qafqaz regionunun digər ESC könüllüləri ilə bir araya gəlmək imkanı əldə edəcəklər. Könüllülərə layihə müddətində yerli könüllülərimiz, iş mentorları və təcrübəli komandamız tərəfindən davamlı dəstək göstəriləcək. Gündəlik ünsiyyəti asanlaşdırmaq məqsədilə layihənin ilkin mərhələsində könüllülər üçün 3 aylıq Azərbaycan dili kursu da təşkil olunacaq.

İştirakçı profili

Biz inkişaf etməyə və layihələrimizə töhfə verməyə həvəsli, motivasiyalı, 18–30 yaş arası gənclər axtarırıq. Namizədlər açıq fikirli, fəal və qeyri-formal təhsil, mədəni tədbirlərin təşkili, sosial media və ya layihələrin koordinasiyası kimi sahələrdən hər hansı birində təcrübəyə malik və ya bu sahələrdə öyrənməyə həvəsli olmalıdırlar. İngilis dilini həm şifahi, həm də yazılı şəkildə yaxşı səviyyədə bilmək vacibdir. İştirakçılar təşkilatımızın əsas dəyərlərini — mədəniyyətlərarası anlayış, inklüzivlik, ayrı-seçkiliyə qarşı mübarizə və müxtəlifliyə hörmət prinsiplərini bölüşməli, eyni zamanda Azərbaycanda keçiriləcək 6–12 aylıq könüllülük fəaliyyətinə tam şəkildə sadiq olmağa hazır olmalıdırlar.


Qəbul edən təşkilat
Sağlam Düşüncə Gənclər Təşkilatı
Contact person: Ramiz Aliyev
email: evs@csyo-az.org