Məkan: Palermo, İtaliya
Qəbul edən təşkilat: Associazione InformaGiovani
Dəstəkləyən təşkilat: “Sağlam Düşüncə” Gənclər Təşkilatı
Associazione InformaGiovani Palermoda yerləşən və Aİ proqramları, beynəlxalq iş düşərgələri, gənclər mübadilələri və könüllülük komandaları üzrə məlumat sessiyaları, təlim kursları və seminarlar kimi fəaliyyətlər təşkil edən bir təşkilatdır. Könüllü Eurodesk fəaliyyətlərini və Aİ mobillikləri və imkanları haqqında infogünləri (məktəblərdə, gənclər mərkəzlərində) dəstəkləyəcək; yerli və beynəlxalq fəaliyyətlərin (təlim kursları, gənclər mübadilələri, iş düşərgələri) hazırlanması və həyata keçirilməsinə kömək edəcək; inzibati tapşırıqlarda və ofis işlərində (iştirakçılarla e-mail əlaqələrinin qurulması, onlayn yerləşdirmə, sənədlərin toplanması və arxivləşdirilməsi) dəstək göstərəcək; qeyri-formal öyrənmə prinsiplərinə uyğun seminarların yaradılması və həyata keçirilməsinə töhfə verəcək. Könüllü layihə müddətində könüllülük fəaliyyəti ilə əlaqəli, öz seçdiyi mövzu üzrə şəxsi layihəyə başlayacaq.
Necə müraciət etməli? Layihə haqqında məlumatı diqqətlə oxuyun və müraciətinizi European Youth Portal vasitəsilə edin.
Layihə müddəti: 17/11/2026- 14/06/2027
Son müraciət tarixi: 20/09/2026
Yaşayış, qidalanma və nəqliyyat
Digər beynəlxalq könüllülərlə paylaşılacaq mənzil 2 iki nəfərlik otaq və 1 bir nəfərlik otaqdan, ümumi qonaq otağından, mətbəxdən və 2 ümumi istifadəli hamamdan ibarətdir. Mənzil bütün zəruri imkanlarla (su, elektrik, istilik sistemi, mebel) təchiz olunub. Pulsuz Wi-Fi mövcuddur. Yaşayış yerindən ictimai nəqliyyata çıxış var. Yerli nəqliyyat: Bütün layihə müddəti üçün avtobus kartı. Fərdi dəstək: Aylıq pul müavinəti (gündə 6,00 avro). Qida: Aylıq pul müavinəti (gündə 5,00 avro). Səyahət xərcləri: Erasmus+ məsafə kalkulyatoruna əsasən, ESC təlimatlarına uyğun şəkildə qarşılanır.
Layihə müddətində təlim
Gəliş təlimi və İtaliya Milli Agentliyi tərəfindən təşkil olunan Aralıq Müddətli Qiymətləndirmə (onlayn təlim) + Onlayn Dil Dəstəyi (italyan dili).
İştirakçı profili
21-30 yaş aralığında, iş düşərgələrində, ölkə daxilində və xaricdə könüllülük fəaliyyətlərində iştirak təcrübəsi olan, gənclər sektoruna, ofisdaxili və ofisdənkənar QHT fəaliyyəti ilə tanış olmağa, gənclərin iştirakçılığını, könüllülüyü və sosial inklüzivliyi təşviq etməyə güclü marağı olan, qeyri-formal təhsil metodlarından istifadə etməyə maraqlı və motivasiyalı könüllülər axtarırıq. Excel, Word və Google Workspace daxil olmaqla ofis idarəetmə proqramlarından yaxşı istifadə bacarığı tələb olunur. Əvvəlki beynəlxalq könüllülük təcrübəsi üstünlükdür.
Dəstəkləyən təşkilat
“Sağlam Düşüncə” Youth Organization
Contact person: Ramiz Aliyev
Email: evs@csyo-az.org
