Skip to content Skip to footer

Polşada uzunmüddətli könüllülük imkanı!

Məkan: Polşa, Przasnysz

Qəbul edən təşkilat: Przedszkole Miejskie Nr 5

Dəstəkləyən  təşkilat: Sağlam Düşüncə Gənclər Təşkilatı

5 nömrəli Bələdiyyə Uşaq Bağçası Pułtusk şəhərində fəaliyyət göstərən üç bələdiyyə uşaq bağçasından biridir. Bağça 3–6 yaş arası uşaqlara gündəlik qayğı və təhsil xidmətləri göstərir.

Bağçanın əsas fəaliyyətlərinə təlim və açıq havada keçirilən fəaliyyətlər, sərbəst oyunlar, ekskursiyalar, müxtəlif tədbirlər, incəsənət və yaradıcılıq məşğələləri, yeməklərin təşkili və uşaqların özünəxidmət bacarıqlarının inkişaf etdirilməsi daxildir. Uşaq bağçasında könüllülüyün əsas məqsədi təhsil proqramına mədəniyyətlərarası aspektin daxil edilməsidir. Könüllülər müəllimlərə gündəlik fəaliyyətlərdə dəstək olmaqla yanaşı, şəxsi təşəbbüslərini həyata keçirmək üçün də geniş imkan əldə edirlər. Onlar öz mədəniyyətlərini və dillərini uşaqlara tanıtmaq məqsədilə müxtəlif seminarlar, təqdimatlar və məşğələlər təşkil edə bilərlər. Könüllülər həmçinin xarici dillərin, əsasən ingilis dilinin, uşaqlara qeyri-formal şəkildə öyrədilməsində iştirak edirlər. Dil öyrənmə prosesi oyunlar, müxtəlif tapşırıqlar, məşqlər və digər interaktiv fəaliyyətlər vasitəsilə həyata keçirilir.

Necə müraciət etməli? Layihə haqqında məlumatı diqqətlə oxuyun və müraciətinizi European Youth Portal vasitəsilə edin.

Layihə müddəti: 01/09/2026 – 22/08/2027

Son müraciət tarixi: 26/08/2026

Yaşayış, qidalanma və nəqliyyat

Könüllülər eyni cinsdən olan daha 3 könüllü ilə birlikdə paylaşdıqları mənzildə qalacaqlar. Mənzildə bir ümumi yataq otağı və iki ayrı otaq mövcuddur.

Layihə Şimali Mazoviyada yerləşən, təxminən 19 000 əhalisi olan Pułtusk şəhərində həyata keçirilir. Pułtusk Varşavadan təxminən 60 km şimalda yerləşir və şəhərlər arasında avtobus əlaqəsi mövcuddur. Avtobusla Varşavaya səyahət təxminən 1 saat 10 dəqiqə çəkir.Qida xərcləri üçün hər könüllüyə ayda 150 avro verilir və könüllülər yeməklərini mənzildə özləri hazırlayırlar. Bundan əlavə, hər könüllüyə ayda 180 avro cib xərcliyi ödənilir. Beynəlxalq səyahət xərcləri məsafədən asılı olaraq 211, 309 və ya 395 avroya qədər geri ödənilir. Dil dəstəyi çərçivəsində könüllülərə EU Academy platforması vasitəsilə onlayn dil kursu təqdim olunur.

Layihə müddətində təlim

Layihənin əvvəlində əlaqələndirici təşkilat tərəfindən Orientasiya təlimi keçirilir. Bu təlim zamanı iştirakçılar layihə ilə tanış olur, koordinatorlar və təşkilat haqqında məlumat əldə edir, həmçinin digər könüllülər və mentorlarla tanış olaraq inteqrasiya edirlər.

Gəliş təlimi Milli Agentlik tərəfindən təşkil olunur və 5 gün davam edir. Təlim zamanı iştirakçılar Polşa ilə daha yaxından tanış olur və Avropa Həmrəylik Korpusu (ESC) proqramı haqqında ətraflı məlumat əldə edirlər.

Layihə müddətinin ortasında Milli Agentlik tərəfindən 5 günlük aralıq qiymətləndirmə görüşü keçirilir. Bu görüş könüllülərin layihə müddətində əldə etdikləri təcrübəni qiymətləndirməyə və qarşılaşdıqları məsələləri müzakirə etməyə imkan yaradır.

Layihənin sonunda əlaqələndirici təşkilat tərəfindən yekun qiymətləndirmə aparılır. Bundan əlavə, hər iki aydan bir əlaqələndirici təşkilat tərəfindən müxtəlif qiymətləndirmə görüşləri və təlimlər keçirilir. Bu görüşlərdə mədəniyyətlərarası təhsil, öyrənmə prosesi, yeni mədəniyyətə uyğunlaşma və effektiv ünsiyyət kimi mövzular müzakirə olunur.

İştirakçı profili

Layihə üçün insanlarla asanlıqla ünsiyyət qura bilən, mehriban, səmimi və açıq fikirli könüllü axtarılır. Namizəd uşaqlarla işləməyə həvəsli və səbirli olmalıdır. İngilis dilində ünsiyyət qura bilməsi vacibdir. Yaradıcı, yeni ideyalar irəli sürməyi və təşəbbüs göstərməyi sevən şəxslərə üstünlük verilir. Könüllü məsuliyyətli, etibarlı və işinə ciddi yanaşan biri olmalıdır.

Dəstəkləyən təşkilat

Common Sense Youth Organization
Contact person: Ramiz Aliyev
email: evs@csyo-az.org