Həyat bəzən bizi elə anlarla qarşılaşdırır ki, geriyə baxanda "yaxşı ki" dediyimiz yeni səhifələr açılır. Mənim üçün bu səhifə, 23-24 may, Şüvəlandakı "Cırtdan" düşərgəsinin qapısından içəri addım atdığım an yazılmağa başladı. Mən Ayan, 20 yaşındayam. Həyatın ən dinamik, eyni zamanda "görəsən, haradan başlamalıyam?" sualının ən çox qabardığı bir dövrdəyəm. Məhz bu axtarışlar məni Azərbaycanın ən…
