Məkan: Bolqarıstan, Kazanlak
Qəbul edən təşkilat: Youth development center-Mutual aid
Göndərən təşkilat: Sağlam Düşüncə Gənclər Təşkilatı
Layihə ətraf mühitə təsir, audiovizual sahə və sosial yönümlü vizual incəsənət istiqamətlərini əhatə edir. Könüllülər Bolqarıstanın Kazanlak bələdiyyəsinin Srednoqorovo kəndində yerləşən “Green Europe” Ekoloji Mərkəzində fəaliyyət göstərəcək və ətraf mühitə müsbət təsir göstərən sosial təşəbbüslərin həyata keçirilməsində iştirak edəcəklər. Layihə çərçivəsində könüllülər ekoloji mərkəzdə müxtəlif fəaliyyətlərə qoşulacaq, təşkilatın ekoloji kampaniyaları üçün plastik qapaq və plastik butulkaların toplanmasına dəstək verəcəklər. Onlar həmçinin video çəkilişləri və hazırlanması prosesində iştirak edəcək, zərurət olduqda videolarda aktyor və ya model kimi çıxış edəcəklər. Könüllülər incəsənət instalyasiyalarının hazırlanması, poster və digər dizayn materiallarının yaradılması, theyouth.info gənclər platforması üçün məqalələrin yazılması, eləcə də Rose Festival 2027 tədbirində iştirak edəcəklər. Bundan əlavə, uşaqlar üçün Ekoloji Akademiyanın təşkilinə və təşkilatın idarə etdiyi Bai Ganio Muzeyində həyata keçirilən fəaliyyətlərə də töhfə verəcəklər.
Könüllülər bələdiyyə, kitabxana, ahıllar evi, əlilliyi olan uşaqlar üçün gündüz qayğı mərkəzi və muzeylər kimi yerli qurumlarla mütəmadi əməkdaşlıq edərək yerli icma üçün seminarlar, təqdimatlar və digər ictimai tədbirlərin hazırlanması və həyata keçirilməsində də aktiv rol alacaqlar.
Necə müraciət etməli? Layihə haqqında məlumatı Info Pack diqqətlə oxuyun və motivasiya məktubunuzu və ingilis dilində hazırlanmış CV-nizi “New Horizons” mövzusu ilə nikolay.ivanov80@gmail.com elektron poçt ünvanına göndərin.
Layihə müddəti: 15/09/2026-15/06/2027
Son müraciət tarixi: 15/08/2026 23:59
Yaşayış, qidalanma və nəqliyyat
Könüllülərin hamısı digər könüllülərlə birlikdə eyni mənzildə yaşayacaqlar. Mənzildə iki yataq otağı, ümumi istifadə üçün hamam, qonaq otağı və kiçik mətbəx mövcuddur. Mənzildə hər hansı əşya zədələndiyi və ya sıradan çıxdığı təqdirdə, təmir xərcləri bütün könüllülər arasında bərabər şəkildə bölüşdürüləcək.
Könüllülərə gündəlik 7 avro cib xərcliyi veriləcək. Qida xərcləri üçün isə aylıq 150 avro maliyyə dəstəyi ayrılır. Cib xərcliyi hər ayın əvvəlində, qida üçün nəzərdə tutulan məbləğ isə hər ayın sonunda könüllülərə təqdim olunur. Maliyyə dəstəyi həftəsonlarını, rəsmi tətil günlərini və layihə müddəti ərzində nəzərdə tutulan 20 günlük məzuniyyəti də əhatə edir.
Göndərən təşkilat məlumatları
Common Sense Youth Organization
Contact person: Ramiz Aliyev
email: evs@csyo-az.org
