Skip to content Skip to footer

İnklüziv Cəmiyyət

İnklüziv cəmiyyətin qurulması “Sağlam Düşüncə” Gənclər Təşkilatının əsas dəyərlərindən biridir. Fəaliyyətlərimiz hər bir insanın, fiziki imkanlarından, sosial vəziyyətindən, cinsindən və ya digər fərqliliklərindən asılı olmayaraq cəmiyyətin bərabərhüquqlu üzvü kimi inkişaf etməsini və ictimai həyatda fəal iştirakını dəstəkləməyə yönəlib. Bu istiqamətdə müxtəlif səbəblərdən diskriminasiyaya məruz qalan, sosial təcrid yaşayan və ya məhdud imkanlara malik fərdlərin potensialının üzə çıxarılması üçün davamlı təşəbbüslər həyata keçiririk.

Əsas məqsədimiz hər kəs üçün bərabər imkanların yaradılmasına dəstək olmaq, cəmiyyətdə tolerantlıq və qarşılıqlı hörmət mədəniyyətini gücləndirmək, eləcə də gəncləri inklüzivliyin və müxtəlifliyin fəal təşviqatçılarına çevirməkdir.

Bu istiqamət üzrə fəaliyyətlər “İnklüziv Art” komandası tərəfindən həyata keçirilir və aşağıdakı əsas fəaliyyət sahələrini əhatə edir:

    • İnklüziv cəmiyyətin formalaşmasına töhfə vermək və hər kəs üçün bərabər iştirak imkanlarını təşviq etmək;
    • Xüsusi qayğıya ehtiyacı olan, fiziki məhdudiyyətli şəxslərin və digər həssas qrupların sosial inteqrasiyasını və fəal iştirakını dəstəkləmək;
    • Gender bərabərliyi, insan hüquqları, müxtəliflik və inklüzivlik mövzularında maarifləndirmə fəaliyyətləri həyata keçirmək;
    • Bullinq, ayrı-seçkilik, nifrət nitqi və zorakılığın qarşısının alınmasına yönəlmiş təşəbbüsləri təşviq etmək;
    • Qeyri-formal təhsil, incəsənət, forum teatrı və digər interaktiv metodlar vasitəsilə tolerantlıq, empatiya və qarşılıqlı hörmət dəyərlərini gücləndirmək;
    • Regionlarda yaşayan sosial və iqtisadi baxımdan həssas qrupların təhsil, savadlılıq və inkişaf imkanlarını dəstəkləyən təşəbbüslər həyata keçirmək;
    • Yerli və beynəlxalq layihələr vasitəsilə gənclərin inklüziv cəmiyyətin qurulmasında fəal iştirakını təşviq etmək.