“Sağlam Düşüncə” Gənclər Təşkilatı Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə keçirilən “Sağlam Yaşa” sağlam həyat tərzinin təbliği kampaniyası – 2 layihəsi çərçivəsində Sumqayıt şəhərindən olan gənclər üçün Sağlam həyat tərzinin təbliği üzrə təlimçilər üçün təlim təşkil edir.

Xüsusən, yeniyetmə və gənclər arasında qeyri-sağlam həyat tərzinin artması, düzgün maarifləndirilmənin olmaması, onların gənc yaşlarında tütün, spirtli içkilər və digər zərərli vərdişlərin aludəçisi olmalarına gətirib çıxardır. Eyni zamanda qeyri-sağlam qidalanma, maddələr mübadiləsinin pozulmasında, gələcəkdə insan orqanizmində müxtəlif ağır fəsadlı xəstəliklərin inkişafında rol oynayır. Bu problemlərin həllində  əsas effektiv addım isə gənclər və yeniyetmələr arasında düzgün maarifləndirmənin təşkili və profilaktikanın aparılmasıdır.

Layihənin məqsədi gənclər və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək, onlar arasında qeyri-sağlam həyat tərzinin fəsadları haqqında maarifləndirmə aparmaq və həmyaşıddan-həmyaşıda tədris metodikası əsasında gənclərin sağlam həyat tərzinin təbliğində iştirakını artırmaqdır

Layihə gənclər və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinə və qeyri-sağlam həyat tərzinin fəsadları haqqında gənclərin maarifləndirilməsinə yönəlmişdir.

Layihə çərçivəsində 30 nəfər gənc 8-10 fevral 2019-ci il tarixlərində Sumqayıt Gənclər Evində 3 günlük “Təlimçilər üçün Təlim” proqramında iştirak edəcəklər. Təcrübəli təlimçilər tərəfindən gənclərə zərərli vərdişlərin insana və cəmiyyətə təsiri, sağlam həyat tərzinin müxtəlif aspektlərini əhatə edən mövzularda və eyni zamanda qeyri-formal təhsil metodikası üzrə təkmilləşdirilmiş təlimlər təşkil ediləcək. Təlimlər sağlam həyat tərzi və qeyri formal təhsil sahəsində peşəkar təlimçilər tərəfindən aparılacaq

Sağlam Həyat Tərzi üzrə təlimçimiz: Dr. Nabil Seyidov

Qeyri-formal təhsil üzrə təlimçimiz: Anar Məmmədov

Sonrakı mərhələdə təlimçilər üçün təlimdə iştirak etmiş gənclər Sumqayıt ərazisindəki yerləşən təhsil müəsissələrində mənimsədikləri biliklər əsasında təlimlər, seminarlar təşkil edərək, məktəblilər və tələbələr arasında sağlam həyat tərzinin təbliğini aparacaqlar.

TOT üçün iştirakçıların seçim meyarları:

  • Yaş limiti – (18-30 yaş)
  • Əsasən Sumqayıt şəhərinin sakinlərinə üstünlük verilir
  • Layihədə iştirak üçün yüksək motivasiyası olmalı;
  • Gənclərlə iş, sağlam həyat tərzinin təbliği və təlimçilik sahəsinə maraqlı olmalı;
  • Layihənin növbəti mərhələlərində (təhsil müəssisələrində təlimlərin və seminarların təşkilində) iştirak etmək imkanı və istəyi olmalı.

Müraciət eləmək üçün elektron ərizə forması doldurmaq tələb olunur, Elektron ərizələrin qəbulu bitdikdən sonra namizədlərlə müsahibə təşkil ediləcək.
Son müraciət tarixi: 31.01.2019

Əlaqə məlumatları:
livehealthy@csyo-az.org | +99455 8237290