“Sağlam Düşüncə” Gənclər Təşkilatı 2006-ci il 7 yanvar tarixində Sumqayıt şəhərində bir qrup gənc tərəfindən təsis edilmiş qeyri-siyasi, qeyri-kommersiya, qeyri-hökumət gənclər qurumudur və 2006-ci il 19 aprel tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır (Qeydiyyat № 1106-Q10-2087). Fəaliyyətimizin əsas istiqamətləri gənclərin vətəndaş cəmiyyəti quruculuğunda aktivliyini artırmaq, sağlam həyat tərzini gənclər arasında təbliğ etmək, ekoloji maarifləndirməni genişləndirmək, inklüziv cəmiyyətin formalaşmasına dəstək göstərmək və təhsilin keyfiyyətinin artırılmasında vətəndaş məsuliyyətini inkişaf etdirməkdir.
MƏQSƏDLƏRİMİZ
- Gənclərin vətəndaş cəmiyyəti quruculuğunda aktiv iştirakını təmin etmək;
- Gənclərin intellektual potensialını inkişaf etdirmək və özünə inamı artırmaq;
- Vətəndaşları sosial, hüquqi və tibbi sahələrdə maarifləndirmək;
- İctimai yönümlü təhsili inkişaf etdirmək;
- Gənclərin problemlərini araşdırmaq və bu problemlərin həllində onları səfərbər etmək;
- Təhsilin keyfiyyətinin artırılmasında gənclərin fəallığını təmin etmək.
MİSSİYAMIZ
Biz, vətədaş cəmiyyətinin inkişafında gənclərin iştirakının artırılmasına çalışırıq.
FƏALİYYƏT İSTİQAMƏTLƏRİMİZ
- Beynəlxalq gənclər mübadiləsinin təşkili
- Ekoloji maarifləndirmənin və məlumatlılığın artırılması
- Sağlam həyat tərzinin təbliği
- Gənclərin və yeniyetmələrin natiqlik bacarıqlarının artırılması
DƏYƏRLƏRİMİZ
- Fərdi azadlıq & kollektiv məsuliyyət
- Öyrənmək və öyrətmək
- Fərdi inkişaf
- Səmimiyyət və hörmət





Biz kimik?
“Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-hökumət təşkilatıdır.
TƏSİSÇİLƏRİMİZ





