
RAMİZ ƏLİYEV
Ramiz Əliyev 20 iyun 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Sumqayıt şəhər 30 saylı orta məktəbini bitirdikdən sonra 2006-2010-cu illərdə Azərbaycan İctimai-Siyasi Universitetinin Jurnalistika fakültəsinin bakalavr təhsili alıb.
İctimai fəaliyyətə 2003-cu il də UNİCEF-də könüllü olaraq başlayıb. 2004-2005-ci illərdə UNİCEF-in Sumqayıtdakı Resurs Mərkəzinin rəhbəri olub. 2006-ci ildə Sumqayıt şəhərində təsis edilən “Sağlam Düşüncə” Gənclər Təşkilatını (SDGT) həmtəsisçilərindən olub. 2006-2010, 2012-2016-ci il tarixlər aralıqlarında SDGT-nin sədri 2016-2020-ci illərdə idarə heyətinin üzvü olub.
Müxtəlif təşkilatlarda layihə və proqram rəhbəri olaraq çalışıb. Azərbaycanda könüllü fəaliyyətinin təbiği və sistemli inkişafı istiqamətində layihələr, eyni zamanda gənclərlə əlaqəli müxtəlif istiqamətlərdə bir çox yerli və beynəlxalq layihələrin müəllifidir. Azərbaycanı 80-dan cox beynəlxalq təlimlərdə, seminarlarda və konfranslarda təmsil edib.
2012-2016-ci illər ərzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2016-cı il 29 yanvar tarixli 1727 nömrəli sərəncamı ilə Ramiz Təvəkkül oğlu Əliyevə ictimai fəaliyyət sahəsində xüsusi fərqləndiyinə görə “Gənclər üçün Prezident mükafatı”na layiq görülmüşdur.
2016-ci il may ayında baş ofisi Strasburqda yerləşən və 22 Avropa ölkəsindən 30 təşkilatı özündə birləşdirən “Youth Express Network” Beynəlxalq Şəbəkəsinin İdarə heyətinin üzvü seçilib. 2018-ci ildən şəbəkənin Prezidentidir.
Azərbaycan, Türk, Rus və İngilis dillərini bilir. İdmanıla məşqul olmağı, sənədli filməri, səfər etməyi sevir.