Sumqayıt Debat Mərkəzi
Sumqayıt Debat Klubu 2003-cü il tarixindən fəaliyyətə başlamışdır. 2007-ci il yanvar ayından “Sağlam Düşüncə” Gənclər Təşkilatı (SDGT) və “Vətəndaş Cəmiyyətində Debat” İB (DVC) arasında imzalanmış qarşılıqlı anlaşma memorandumuna əsasən Sumqayıt Debat Proqramı fəaliyyətə başlayıb. 2011-ci il noyabr ayında SDGT və DVC arasında imzalanmış qarşılıqlı anlaşma memorandumuna əsasən Sumqayıt Debat Mərkəzi təsis edilmişdir. Sumqayıt Debat Mərkəzi Sumqayıt şəhərində Debat Təhsil Proqramı çərçivəsində təşkilən fəaliyyətlərin Sumqayıt şəhərində əsas təşkilakilatçısıdır. Mərkəzin fəaliyyəti SDGT&DVC əməkdaşlığı çərçivəsində tənzimlənir və Sumqayıt Debat Mərkəzinin idarə heyyəti tərəfindən həyata keçirilir. Nailiyyətlər: 8 Məktəblilərarası və 7 Tələbələrarası Karl Popper formatında debat turnirinin, 1 regional debat formu təşkil etmişdir.
DEBAT HAQQINDA
Debat yeni dostlar, fərqli ünsiyyətlər, geniş əlaqələr yaradan intellektual əyləncə və təhsil proqramıdır. Debat formal və qeyri – formal olaraq iki hissəyə bölünür. Bunlar formal və qeyri-formal debatlardır. Gündəlik həyatdakı debatlarımız qeyri-formal debatlardır. Formal debat isə qeyri-formal debatın qaydalarla tənzimlənmiş formasıdır. Natiqin nitqi xüsusi tələblər əsasında qurulur. Formal debat aktual məsələlər üzərində qurulur və həmin mövzu üzərində fikir mübadiləsi aparılır. Bu zaman bir birinə əks olan iki mövqe yaranır : təsdiqedici və inkaredici mövqe. Debat cəmiyyətdə gedən ictimai – sosial proseslərə ətraf mühitə müxtəlif nöqteyi – nəzərdən baxmağı , biliklərə və ideyalara şübhə ilə yanşmağı , onların əsasında yeni baxışlar, biliklər yaratmağı , arqumentləri məntiqi qurmağı və üçüncü tərəfi öz mövqeyinə inandırmağı öyrədir.
DEBAT BİZƏ NƏ QAZANDIRIR ?
Araşdırma bacarığı.
Auditriya qarşısında sərbəst çıxış etmək
Məntiqi təfəkkürün inkişafı
Fikri düzgün çatdırmaq bacarığı
İnandırma və Təqdimetmə bacarığı
DEBAT TARİXİ
Debat ənənəsi Qədim Yunanıstandan başlayır. Orta əsrlərdə isə Avropa, xüsusi ilə İngiltərədə debat geniş yayılmağa başladı. Artıq Debat öz sabit yerini təhsil sistemində tutur. İndi “Debat” dünyanın bir çox inkişaf etmiş ölkələrinin məktəb və universtetlərində Təhsil proqramı kimi tədris edilir.
DEBATIN DÖRD PRİNSİPİ
Öyrənməyi öyrənmək – hər bir mövzu araşdırılır və bu mövzular haqqında informasiyalar əldə olunur. Nəticədə araşdıran insan öyrənmiş olur və araşdırmağı öyrənir. Bu isə öyrənməyi öyrənməkdir.
Aydınlıq – deyilən fikri, sübutu aydın, sadə dildə söyləmək lazımdır.
Düzgünlük – inandırmaq, üstün gəlmək naminə yalnış, özündən qurulmuş məlumatlara, fikirlərə əsaslanmaq olmaz.
Hörmət – rəqib tərəfə hörmət, müxtəlif fikirlərə, rəylərə, verilən qiymətlərə dözümlük; tənqid yox, dinləyib, təhlil etmək “zəif” yerləri tapmaq və diqqətini onlara cəlb etmək; rəğib tərəfinin çıxışını axıra qədər dinləmək, sözünü kəsməmək, təhqiredici çıxışlara yol verməmək, şəxsiyyətə toxunmamaq və s. debatda hörmət prinsipinin əsasını təşkil edir.
“Debat” Təhsil Proqramının məqsədi vətəndaşları, xüsusi ilə gəncləri, sadəcə olaraq, mübahisələrə deyil, problemlərin müzakirəsinə və onların həlli yollarının müəyyənləşdirilməsinə cəlb etməkdir.
1. Karl Popper debatı (KPD- Məktəblərdə və Universtetlərdə oynanılan debat formatı) Bu debat formatı Karl Raimund Popper tərəfindən yaradılıb. Karl Popper Debatı mülahizə yürütmək və dərkedici düşünmək bacarığını inkişaf etdirən təhsil proqram kimi yaranmışdır. Karl Popper debat fomatında hər komandada üç spikerin iştirakı nəzərdə tutulur ki, bu da iştirakçılara həm debata hazırlıq vaxtı, həm də debat zamanı birgə işləmək imkanı yaradır.
“Ola bilər ki sən səhv edirsən, ola bilər ki mən səhv edirəm, ancaq biz yalnız bir yerdə həqiqətə yaxınlaşa bilərik.” – Karl Popper.
2. “Parlament debatı (PD – Universtetlərdə oynanılan debat formatı) ” – Britaniya parlamentindəki debat prinsipləri əsasında qurulmuşdur. Bir komanda (hökumət) , digər komanda isə loyal (müxalifət) təmsil edir. Parlamentin spikeri hadisələrin gedişini idarə edir və hakim rolunda çıxış edir. Debatın bütün iştirakçıları ona “Cənab Spiker” və ya “Xanım Spiker” deyə müraciət etməlidirlər. Hər komanda iki nəfərdən ibarətdir (Bu Parlament debatının Amerika formasıdır). “Hökumət” komandası “Baş Nazir” dən və “hökumət üzvü”ndən ibarət olur, bəzən onu “tac naziri” də adlandırırlar. “Müxalifət” komandası “Müxalifət Lideri” ndən və onun bir “lider üzvü”ndən ibarət olur. Parlament debatı Linkoln – Douglas debatı ilə siyasi debatın kombinasiyasıdır. Digər növlərdən fərqli olaraq parlament debatında “Hökumət” tərəfi təyin olunmuş problem sahəsi üzrə “qanun layihəsi” irəli sürür və Spikeri/Hakimi inandırmağa çalışır. “Müxalifət” tərəfi isə bu “qanun layihəsi”ni təqzib edir.
3. “Linkoln – Douglas debatı (LD)” – Bu növ Avraam Linkoln və Stiven Daqlas arasındakı məhşur debat əsasında modelləşdirilmişdir.
4. “Siyasi debat” – Faktiki və statistik məlumatlara əsaslanan debat formasıdır.Təsdiq tərəf mövzuda göstərilə məqsədə çatmaq üçün öz xüsusi planını təklif edir. İnkar komanda isə bunu təqzib edir.
Bizə qoşulub NATİQ OLmaq istəyirsən?!
ƏRİZƏ FORMASInı doldur və ya Bizə sumdebate@csyo-az.org e-mailinə yaz.
– – –
Ünvan: 12-çi mkr, Koroğlu küç. 27a, AZ 5011 Sumqayıt şəh., Azərbaycan
E-mail: sumdebate@csyo-az.org
Telefon: +994557477264
Facebook: www.facebook.com/sumgait.debate.center