İNKLÜZİV CƏMİYYƏT

Sosial inklüzivlik – fərdin özünü sağlam cəmiyyətdə tapması, potensialın cəmiyyət tərəfindən tanınma və cəmiyyətdə sosial əlaqələr qurub inteqrasiya edə bilmə qabiliyyəti hesab edilir. Bu inkişafyönümlülük təhsil, iş, könüllülük və  başqa formalarda ola bilər. İmtiyazsız və sosial təbəqənin sahib olduğu imkanlara malik olmayan insanlar üçün cəmiyyətlə inteqrasiya (və ya cəmiyyətin onlarla inteqrasiyası) çətin ola bilər. Cəmiyyətin tamhüquqlu üzvü kimi tanınmaq üçün, sosial inklüzivlik həmin  imtiyazsız insanlar üçün maneələri aradan qaldırmaq istiqamətində addımlar atmalıdır. 

Komandanın məqsədi diskriminasiyaya məruz qalan, cəmiyyətdən təcrid olunmuş, imtiyazsız və məhdud imkanlı insanların inkişafını dəstəkləməkdir.


Komanda daxili inklüziv fəaliyyət istiqamətləri:

  • Xüsusi qayğıya ehtiyacı olan, fiziki məhdudiyyətli insanlarla işlər;
  • Gender məsələləri ilə əlaqəli;
  • Bullinq / Qısnama / Uşaqlara qarşı (və ya uşaqların öz aralarındakı) zorakılıq hallarının əleyhinə;
  • Regionlardakı maddi cəhətdən imtiyazsız insanların savadlılıq dərəcəsini artırmaqla əlaqəli fəaliyyətləri;
  • Cəmiyyətdə məlumatlılığın artması üçün bu fəaliyyətlərə aid maarifləndirici, informativ videoların SDGT “YouTube” kanalında yerləşdirilməsini ehtiva edir.