Əminə Abdullayeva
Abdullayeva Əminə 1997-ci il 20 sentyabr tarixində Sumqayıt şəhərində anadan olmuşdur.
2014-cü ildə Texniki və Təbiət Elmlər liseyini bitirərək 673 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsinə daxil olmuş, 2019-cu ildə fərqlənmə diplomu ilə məzun olmuşdur.
2013-2014 -cü illərdə Respublika Fənn olimpiadalarında “Biologiya” nominasiyası üzrə II və III yerə, həmçinin “Sabahın Alimləri” II Respublika müsabiqəsində III yerə layiq görülmüşdür.
Hal- hazırda Azərbaycan Tibb Universitetinin rezidentura pilləsində təhsilini davam etdirir.
- 2017-ci ildən etibarən “Sağlam Düşüncə” gənclər təşkilatının tam hüquqlu üzvü ,2018 -ci ildən isə idarə heyətinin üzvü, “Sağlam Yaşa” fəaliyyət istiqamətinin koordinatorudur.
- 2018-2020-ci illər ərzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında idarə heyətinin üzvü vəzifəsində çalışıb.
- 2018-ci ildən IFMSA-in (Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyası) tərkibində təsis edilmiş , “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin (AzerMDS) üzvüdür.
Azərbaycan, Türk, Rus və İngilis dillərini bilir. İspan dilini öyrənir. Tennis oynamağı, karaoke oxumağı, velosiped sürməyi, könüllülük fəaliyyətləri ilə məşğul olmağı, səyahət etməyi, yeni insanlar, fərqli mədəniyyətlər tanımağı sevir.
FB: https://www.facebook.com/amina.abdullayeva.50/
E-mail: livehealthy@csyo-az.org