“Yaşıl Düşüncə” ekoloji maarifləndirmə kampaniyası
Yeniyetmə və gənclər arasında ekoloji maarifləndirilməsini gücləndirmək, gənclər və yeniyetmələr arasında ekoloji məsuliyyəti formalaşdırmaq, Sumqayıtın ekoloji çirkli şəhər imicini aradan qaldırmaq məqsədi ilə “Sağlam Düşüncə” Gənclər təşkilatı “Yaşıl Düşüncə” ekoloji maarifləndirmə kampaniyasını həyata keçirir. 2012-ci ildən başlamış bu kampaniyada əhalinin diqqətini ekoloji problemlərə yönəltmək və fəaliyyətə cəlb etmək üçün ekoloji aksiyalar, orta, orta-ixtisas və ali təhsil müəssisələrində ekoloji maarifləndirmə tədbirləri təşkil olunur. Bu tədbirlər ekologiya sahəsində calışan mütəxəsislərlə birgə aparılır. Təşkil edilən tədbirlərdə və aksiyalarda iştirakçılara ekoloji problemlər haqqında danışır, ekoloji tarazlığın qorunmasının vacibliyi və bunun üçün hər bir fərdin üzərinə düşən öhdəliklər haqqında məlumat verirlər. Həmçinin maarifləndirmə işini qeyri-ənənəvi üsullarla aparmaq məqsədi ilə ekologiya və ərtaf mühit haqqında olan bədii filmlərin nümayişi və müzakirəsi təşkil olunur. Bununla yanaşı Sumqayıt şəhərində ekoloji nəqliyyat vasitəsinin təbliği məqsədi ilə gənclərin iştirakı ilə velo-turlar təşkil edilir. Kampaniya çərçəvəsində məktəblilər arasında ekoloji mövzuda debat turnirləri, seminarlar təşkil edilir.