1. Karl Popper debatı (KPD- Məktəblərdə və Universtetlərdə oynanılan debat formatı) Bu debat formatı Karl Raimund Popper tərəfindən yaradılıb. Karl Popper Debatı mülahizə yürütmək və dərkedici düşünmək bacarığını inkişaf etdirən təhsil proqram kimi yaranmışdır. Karl Popper debat fomatında hər komandada üç spikerin iştirakı nəzərdə tutulur ki, bu da iştirakçılara həm debata hazırlıq vaxtı, həm də debat zamanı birgə işləmək imkanı yaradır.
Ola bilər ki sən səhv edirsən, ola bilər ki mən səhv edirəm, ancaq biz yalnız bir yerdə həqiqətə yaxınlaşa bilərik.” Karl Popper.
  1. “Parlament debatı (PD – Universtetlərdə oynanılan debat formatı) ” – Britaniya parlamentindəki debat prinsipləri əsasında qurulmuşdur. Bir komanda (hökumət) , digər komanda isə loyal (müxalifət) təmsil edir. Parlamentin spikeri hadisələrin gedişini idarə edir və hakim rolunda çıxış edir. Debatın bütün iştirakçıları ona “Cənab Spiker” və ya “Xanım Spiker” deyə müraciət etməlidirlər. Hər komanda iki nəfərdən ibarətdir (Bu Parlament debatının Amerika formasıdır). “Hökumət” komandası “Baş Nazir” dən və “hökumət üzvü”ndən ibarət olur, bəzən onu “tac naziri” də adlandırırlar. “Müxalifət” komandası “Müxalifət Lideri” ndən və onun bir “lider üzvü”ndən ibarət olur. Parlament debatı Linkoln – Douglas debatı ilə siyasi debatın kombinasiyasıdır. Digər növlərdən fərqli olaraq parlament debatında “Hökumət” tərəfi təyin olunmuş problem sahəsi üzrə “qanun layihəsi” irəli sürür və Spikeri/Hakimi inandırmağa çalışır. “Müxalifət” tərəfi isə bu “qanun layihəsi”ni təqzib edir.
  2. “Linkoln – Douglas debatı (LD)” – Bu növ Avraam Linkoln və Stiven Daqlas arasındakı məhşur debat əsasında modelləşdirilmişdir.
  3. “Siyasi debat” – Faktiki və statistik məlumatlara əsaslanan debat formasıdır.Təsdiq tərəf mövzuda göstərilə məqsədə çatmaq üçün öz xüsusi planını təklif edir. İnkar komanda isə bunu təqzib edir.