2006-ci il 7 yanvar tarixində Sumqayıt şəhərində bir qrup gənc tərəfindən təsis edilmiş qeyri-siyası, qeyri-kommersiya, qeyri-hökumət gənclər qurumudur və 2006-ci il 19 aprel tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfində dövlət qeydiyyatına alınmışdır. (Qeydiyyat № 1106-Q10-2087) Fəaliyyətimizin əsas istiqamətləri gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəallığını artırmaq, sağlam həyat tərzinin gənclərarasında təbliğ etmək, ekoloji maarifləndirməni genişləndirmək və təhsilin keyfiyyətinin artırılmasında vətəndaş məsuliyyətini inkişaf etdirməkdir.
2006-ci ildən bəri Fəaliyyətimiz müddətində bir çox beynəlxalq və yerli təşkilatlar və dövlət orqanları ilə sıx əməkdaşlıq edirik. Bu əməkdaşlıqlar sayəsində Bakı, Sumqayıt və Respublikanın müxtəllif bölgələrində maarifləndirici layihələr və kampaniyalar icra edirik. Əməkdaşlıq etdiyimiz qurumlardan Azərbaycan Respublikası Təhsil Nazirliyi,  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər Nazirliyi, İctmai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurası, , Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası, Azərbaycan Səhiyyə Kommunikasiya Assosiasiyası, “Təbiət Dostları” Gənclər Təşkilatı, “Vətəndaş Cəmiyyətində Debat” İB, UNICEF, “British Council – Azərbaycan, Avropa İttifaqı, Avropa Şurası və digərlərini qeyd etmək olar.
Nailiyyətlərimiz
  • 2015-cı ildə “İlin fəal qeyri-hökumət gənclər təşkilatı” kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Cənab Zakir Fərəcov tərəfindən verilən sərəncama əsasən fəxri fərmana layiq görülmüşdür. (29.02.2016)
  • 2012-ci ilin ən fəal Qeyri-hökümət gənclər təşkilatı kimi Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xüsusi diplomla təltif edilib. (01.02.2013)
  • 2011-ci ilin ən fəal Qeyri-hökümət gənclər təşkilatı kimi Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xüsusi diplomla təltif edilib. (02.02.2012)
  • 2009-cu ildəki uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təltif edilib. (01.02.2010)