“Sağlam Düşüncə” Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiŞurasının dəstəyi ilə “Azərbaycan təbiəti məktəblilərin kəşfində” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi məktəblilərin ətraf mühiti təcrübədə öyrənməsi və onların ətraf mühitə duyarlılıqlarını artırmaq üçün SUMQAYIT şəhərində fəaliyyət göstərən orta təhsil müəssisələrində təhsil alan məktəblilər üçün milli parklara ekskursiyalar təşkil etməkdir. Layihə çərçivəsində Azərbaycanın regionlarında yerləşən Göygöl, Şirvan, Şahdağ, Hirkan və Altağac Milli parklarına ekskursiyalar təşkil ediləcək. Ekskursiya zamanı məktəblilər milli parkların flora və faunası ilə tanış olacaqlar, layihənin eksperti heyəti məktəblilərə milli parkı haqqında geniş məlumat verəcəklər. Layihə çərçivəsində Məktəblilərin qidalanma və nəqliyyat xərcləri layihə xərcləri qarşılanır. Layihədə iştirak tamamilə ÖDƏNİŞSİZDİR.
Ekskursiyanın təşkilində zamanı marşurut boyu təhlükəsizlik Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təmin edilir.
Eyni zamanda layihənin icrası Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Şəhər Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində aparılır.
QEYD:
– Məktəblilər yalnız valideyinlərin yazılı icazəsi olduğu təqdirdə ekskursiyada iştirak edə bilərlər. Layihə yalnız Sumqayıt şəhərinin orta təhsil müəssisələrində təhsil alan məktəblilər üçündür.
– Bir məktəbli yalnız ekskursiyada iştirak edə bilər.
Ekskursiyalar hər həftənin şənbə günləri 30 iyul 2016-cı il tarixinə kimi təşkil ediləcək.
Qeydiyyat üçün link: >> LINK
Əlaqə vasitələri:
Email: office@csyo-az.org
Mobil: +994558237290