Ülkər Zaidova 21 Sentyabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhər 21 saylı tam orta məktəbdə alıb. Qafqaz Universitetində Pedaqogika/Tərcümə üzrə bakalavr təhsili aldıqdan sonra magistratura təhsilini də elə həmin universitetdə Biznesin idarə edilməsi (MBA) üzrə davam etidirib.
“Sağlam Düşüncə” Gənclər Təşkilatı ilə tanışlığı 2012ci ildə “Mobil Könüllülük” proqramında iştirakı ilə başlayıb. 2015-ci il yanvar ayından təşkilatda Beynəlxalq Əlaqələr və EVS Koordinatoru olaraq çalışan Ülkər Zaidzadə 2016-ci il 5-ci Hesabat-Seçki konfransında seçilmiş yeni yeni heyət tərəfindən Baş Katib təyin edilib. Erasmus+ proqramı çərçivəsində bir sıra layihələrdə iştirak edib.
Azərbaycan, Rus, Türk, İngilis dillərini bilir. Sənədli filmlərə baxmağı və səyahət etməyi sevir.