Rauf Əliyev 9 may 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Sumqayıt şəhər 30 saylı orta məktəbini bitirib. 2007-2011-ci illərdə Mingəçevir Politexnik İnstitutunda “Ətraf mühitin mühafizəsi və təbii sərvətlərin səmərəli istifadə olunması” ixtisası üzrə bakalavr təhsili alıb. 2012-2014-cü illərdə Sumqayıt Dövlət Universitetində “Ətraf mühitin mühafizə metodları və bərpası” ixtisası üzrə magistr təhsili alıb.
İctimai fəaliyyətə 2007-ci ildə Mingəçevir Politexnik İnstitutunun Tələbə Gənclər Təşkilatında könüllü olaraq başlayıb. 2007-2010-ci illərdə Mingəçevir Politexnik İnstitutunun Tələbə Gənclər Təşkilatında və Tələbə Həmkarlar ittifaqında qrup üzrə rəhbəri, 2013-2014-ci illərdə “Sağlam Düşüncə” Gənclər Təşkilatın nəznində fəaliyyət göstərən Sumqayıt Debat Mərkəzinin koordinatoru və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin həyata keçirdiyi “YouthInc” proqramın layihə assistenti və regionlar üzrə koordinatoru, 2014-2015 –ci illərdə “İRƏLİ” İctimai Birliyində regionlarla iş üzrə katiblikdə  fəaliyyət göstərib.
Müxtəlif gənclər təşkilatlarında və layihələrdə könüllü fəaliyyət göstərib, 100-ə yaxın layihənin iştirakçısı, 30-a yaxın layihənin işçi heyətinin üzvü olub. 8 layihənin koordinatoru, 20-yə yaxın layihənin ideya müəllifidir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibi olmuş “Möcüzəli Ünsiyyət Festivalı” layihəsinin rəhbəridir.
2013-cü ilin iyul ayından “Gənclər Arasında Mübadilə” İctimai Birliyinin Sumqayıt regionu üzrə koordinatoru vəzifəsini icra edib. 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi və Gənclər arasında Mübadilə İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənc Təlimçilər Məktəbi-2” layihəsində Təlimçilər üçün təlim-məşq (ToT) kursunu uğurla bitirərək təlimçi kimi fəaliyyət göstərməyə başlamışdır. Tədris etdiyi təlim modullarına Fərdi inkişaf  yolu, Layihə planlaşdırılması və təşkili, Biznesin qeydiyyatı, Ekoturizm, Ətraf mühitin mühafizə metodları və bərpası, EkoFərd və s. təlim mövzuları daxildir.
Hal-hazırda IB Club Sumqayıtda layihələr üzrə menecer və “ZƏKA” Gənclərin İntellektrual İnkişaf və Yaradıcılıq Mərkəzində KSM və Layihələr üzrə menecer işləyir.
2016-cı il avqust ayından “Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə heyətinin üzvü seçilib.
Azərbaycan, Türk və Rus dillərini bilir. Mütaliə etmək və səfər etmək hobbiləri sırasındadır.