Nicat Ibrahimov 26 dekabr 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Sumqayıt şəhər 30 saylı orta məktəbini bitirdikdən sonra 2005-2009-cu illərdə Mingəçevir Politexnik İnstitutunun İqtisadiyyat və İdarəetmə  fakültəsində bakalavr  təhsili alıb.
İctimai fəaliyyətə 2003-cu il də UNİCEF-də könüllü olaraq başlayıb. 2004-2005-ci illərdə UNİCEF-in Sumqayıtdakı Resurs Mərkəzinin könüllü olub. 2006-ci ildə Sumqayıt şəhərində təsis edilən “Sağlam Düşüncə” Gənclər Təşkilatını (SDGT) həmtəsisçilərindən olub.
2010-2011-ci illər ərzində “Delota Group” şirkətində marketing araşdırmaçısı vəzifəsində çalışıb.
2013-2016-cı illər ərzində Atropatena QSC şirkətində“Reckit Benckiser” şirkətinin məhsulları üzrə Brand Manager vəzifəsində çalışıb.
2016-cı il fevral ayından indiyədək “Azərsun Holding” şirkətində marketinq bölmə rəisi vəzifəsində çalışır.
2016-cı il avqust ayından “Sağlam Düşüncə” Gənclər Təşkilatının  NTK üzvü seçilib.
Azərbaycan, Türk, Rus və İngilis dillərini bilir.