Mirismayıl Rzayev 1987-ci il 25 noyabrda Sumqayıt şəhərində anadan olub. 1994-ci ildə, Rusiya Federasiyasının İrkutsk şəhərində orta təhsil almağa başlayıb. 2005-ci ildə Sumqayıt şəhərində yerləşən “Təfəkkür” liseyinin məzunu olmuşdur. Həmin ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi İdarəetmə” fakultəsinə qəbul olmuşdur. 2009-cu ildə sözü gedən təhsil müəssisəsinin “Beynəlxalq Münasibətlər” ixtisasını bitirmişdir. 2010-2012 illərdə Litva Respublikasının paytaxtı Vilnus şəhərində, İSM Menecment və İqtisadiyyat Universitetində “Beynəlxalq Marketinq və Menecment” ixtisası üzrə maqist təhsili almışdır.
2012-ci ildən başlayaraq marketinq sahəsində çalışır. 2014-ci ilin fevral ayından Azərsun Holding-də Brend menecer olaraq çalışır.
Gənclər sektorunda fəaliyyətə 2006-ci ildən başlamışdır. Müxtəlif proqramların iştirakçısı və koordinatoru olmuşdur. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyində proqram koordinator olaraq fəaliyyət göstərib. 2008-ci ildən “Sağlam Düşüncə” Gənclər Təşkilatının fəal üzvüdür.
2016-cı il avqust ayından “Sağlam Düşüncə” Gənclər Təşkilatının  NTK üzvü seçilib.
Azərbaycan, Türk, Rus və İngilis dillərini bilir.