Elgün Xəlilov 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Sumqayıt şəhər 30 saylı orta məktəbini bitirib. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakultasinə qəbul olmuş və 2009-cu ildə bakalavr dərəcəsi almışdır.
2005-2006 ci illər Əli Kərim Poeziya klubunun nəzdində fəaliyyət göstərən Jurnalistika məktəbini bitirib. 2011-ci ildə “German Management Academy of Lower Saxony”-da Almaniyada 1 aylıq təlim proqramında iştirak etmişib. 2011-2012 ci illərdə “Nederland School of Marketing”-i bitirib.
2006-cı ildə “Sağlam Düşüncə” Gənclər Təşkilatının həmtəsisçisi olub. 2006-2009-cu illərdə təşkilatın İH-nin üzvü və Sumqayıt Debat proqramının koordinatoru olub. 2010-2012-ci illərdə SDGT-nin İH-nin üzvü olub.
2010-cu ilin sentyabr ayında Brandbox Marketinq & Consulting LLC şirkətində Marketinq Araşdırmaçı vəzifəsində işə başlamışdır. 2010-2011-ci illər arası Marketinq Araşdırmaçı və Araşdırma Rəhbəri vəzifələrində çalışmışdır. 2011-2012-ci illər arası Delta Group C.O LLC şirkətində Brend menecer köməkçisi və Brend menecer vəzifələrində çalışmışdır. 2012-2014-ci illər arası Baku Retail Group LLC şirkətində Maketing meneceri vəzifəsində çalışmışdır. 2014-2016 cı illər arası Delta Group C.O LLC şirkətində Brend Meneceri və Kateqoriya Marketinq Meneceri vəzifələrində çalışmışdır.
2016-cı ildə Sağlam Düşüncə Gənclər Təşkilatının Nəzarət Təftiş Kommisiyasına üzv seçilmişdir.
Rus, İngilis dillərini bilir. Detektiv Roman və Biznes Kitabları oxumağı sevir. Üzgüçülüklə məşğul olur.