Layihənin əsas məqsədi Sumqayıt şəhərində yeniyetmə və gənclər arasında Sağlam həyat tərzinin təbliği istiqamətində kampaniya təşkil etmək, Onların sağlam qidalanma, zərərli vərdişlərin və qeyri-sağlam həyat tərzinin fəsadları haqqında məlumatlandırmaqdır. Layihə çərçivəsində həmyaşıddan-həmyaşıda metodundan istifadə edilərək yeniyetmə və gənclər üçün təlimlər, seminarlar və debatlar təşkil ediləcək.

 

Layihənin məqsədi və vəzifələri
Layihənin məqsədi yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onları zərərli vərdişlər haqqında maarifləndirməkdir. Layihənin məqsədlərinə çatmaq üçün gənclərin iştirakı ilə təlimçilər üçün təlim təşkil ediləcək, onların vasitəsi ilə isə orta və ali təhsil müəssisələrində seminarlar və debatlar təşkil ediləcək, həmyaşıddan-həmyaşıda metodundan istifadə edilərək geniş bir auditoriya sağlam həyat tərzi kampaniyasına cəlb ediləcək.
Layihədən faydalananlar
Layihənin əsas hədəf qrupu Sumqayıt şəhərinin yeniyetmə və gəncləridir. Yaş həddi 15-29 olacaq. Təlimçilər üçün təlimə 25 nəfər gənc təlimçi cəlb ediləcək. onlar 2 günlük təlimləndirmədən sonra orta və ali təhsil müəssisələrində təlimlər və seminarlar təşkil edəcəklər.
Layihə 3 mərhələdən ibarətdir.
Mərhələ 1: Təlimçilər üçün Təlim
Tarix: 05-06 noyabr 2016
Məkan: Quba, Azərbaycan
Son müraciət tarixi: 31 oktyabr 2016 | 24:00
Ərizə forması: https://goo.gl/LJ24LH
Sumqayıt şəhərlərindən 25 nəfər gənc cəlb olunaraq Quba rayonunda 2 günlük “Təlimçilər üçün Təlim” proqramı həyata keçiriləcəkdir. Təlim müddətində gənclərə zərərli vərdişlərin insana və cəmiyyətə təsiri, sağlam qida və sağlam həyat tərzinin üstünlükləri və həyatımızdakı rolu haqqında təlim proqramı keçiriləcəkdir. Təlimdə həmçinin gənc təlimçilərə auditoriya ilə iş və təlimçilik baçarıqları ilə əlaqəda təlim təşkil ediləcək. Layihənin bu mərhələsinin Quba şəhərində təşkilinin əsas məqsədi gənc təlimçilər üçün tam tədris mühitinin yaradılması.
Mərhələ 2: Təhsil müəssisələrində seminarlar təşkili.
Tarix: Noyabr 2016
Məkan: Sumqayıt, Azərbaycan
İkinci mərhələdə gənc təlimçilər noyabr ayı ərzində Sumqayıt şəhərinin təhsil müəssisələrində seminarlar təşkil ediləcək, Hər təlimçi qarşısında ümumilikdə 50 nəfərlik bir auditoriya üçün seminarların təşkili hədəf kimi müəyyənləşdiriləcək.
Mərhələ 3: Debat Turnirininin təşkili.
Tarix: Dekabr 2016
Məkan: Sumqayıt, Azərbaycan
Layihənin efektivliyini artımaq üçün seminarlara cəlb edilmiş gənclər arasında debatlar təşkil ediləcək. Debat metodologiyası yeniyetmə və gənclərin sağlam həyat tərzi mövzusunu daha da dərindən araşdırmalarına təkan verəcək.