“Sağlam Düşüncə” Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, “Təbiət Dostları” Gənclər Təşkilatı və Azərbaycan Skautlar Assosiyasiyasının tərəfdaşlığı ilə “Sumqayıt Məktəblilərinin Ekoloji Düşərgəsi”ni elan edir. Layihə çərçivəsində Sumqayıt məktəbliləri üçün 5 günlük tədris proqramı əsaslı Qəbələ rayonunda yay məktəbi təşkil ediləcək. Ekoloji düşərgəyə cəlb edilmiş məktəblilər həmyaşıddan-həmyaşıda metadologiyası vasitəsi ilə növbəti tədris ilində yay məktəbində öyərəndiklərini öz yoldaşlarına tədris edəcəklər. Layihəyə çərçivəsində təşkil ediləcək ekoloji düşərgədə 50 nəfər məktəbli (10 orta təhsil müəsissəsi hər birindən 5 nəfər olmaqla) və 10 nəfər gənc cəlb ediləcək (qrup liderləri, təlimçilər, texniki heyət). Ekoloji düşəgədə iştirak etmiş məktəblilər vasitəsi ilə orta təhsil müəssisələrində ekoloji klublar yaradacaqlar. Yeniyetmələr bu klublar vasitəsi ilə həmyaşıdları arasında ekoloji maarifləndirmə işi aparacaqlar. Bu vasitə ilə isə daha böyük auditoriya layihənin icrasında faydalanacaq. Bu layihə təşkilatımız tərəfindən aparılan maarifləndirmə işinin davamı olaraq icra ediləcək və kampaniyanın tərkib hissəsi olacaq.
Layihənin məqsədi Sumqayıt məktəbliləri arasında ekoloji maarifləndirməni artırılması, onlar arasında ekoloji məsuliyyətin formalaşdırılması və onların potensialından istifadə edərək ətraf mühitin mühafizəsi istiqamətləndə fəaliyyətlər təşkil etməkdir.
Layihədə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün layihənin vəzifələri aşağıdakılardır.
Sumqayıt məktəbliləri üçün qeyri-formal təhsil əsaslı ekoloji düşərgə (yay məktəbi) təşkil ediləcək.
Mətəblilərin iştirakı ilə orta məktəblərdə həmyaşıddan-həmyaşıda əsaslı ekoloji maarifləndirmə proqramı hazırlanacaq.
Məktəblilərin iştirakı ilə Sumqayıt şəhərinin orta təhsil müəssisələrində ekoloji klublar yaradılacaq və bu klublar vasitəsi ilə məktəblərdə ekoloji maarifləndirmə fəaliyyətini genişləndiriləcək. Klubların fəaliyyətinə beynəlxalq könüllülər də cəlb ediləcək.
Məktəblilərin ekoloji maariflənməsini və ictimai fəallığını artırmaq üçün fəaliyyət planı hazırlanacaq.
Yay düşərgəsinin texniki şəraiti haqqlnda məlumat.
Bütün iştirakçılar və layihə heyəti açıq havada təşkil ediələn çadır düşərgəsində qalacaqlar. Çadırlar və düşərgənin texniki təminatı təşkilatçılar tərəfindən hazırlanacaq. Çadırlarda gecələmək üçün yataq tulumları iştirakçılar tərəfindən təmin ediləcək. Yataq tulu fərdi və gigiyenik əşya olduğu üçün təşkilatçılar tərəfindən təmin edilmir. İştirakçılar gündə 3 dəfə yeməklə təmin ediləcəklər. Düşərgədə 24 saat təhlükəsizlik orqanlarının mühafizəsi və həkim xidməti fəaliyyət göstərəcək.
Yay düşərgəsi üçün iştiraşkçıların seçim meyarları:
Sumqayıt şəhərində yerləşən orta təhsil müəsissəsinində 2017-2018-ci il tədris ili üçün 8-10-cu sinif şagirdi olmalıdı;
Layihədə iştirak üçün yüksək motivasiyası olmalı.
Layihənin növbəti mərhələlərində iştirak etmək imkanı və istəyi olmalı.
Valideyinin yazı formada icazəsi olmalıdır.
İştirakçıların yemək və qalmaq xərcləri:
İştirakçıların qida və yaşayış xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır.
Ərizə forması
Müraciət üçün ərizə formasını elektron formada doldura bilərsiniz və ya ərizə formasını ofisimizə təqdim edə bilərsiniz.
Düşərgədə iştirak etmək üçün elektron və ya əlyazma ərizə forması doldurmaq tələb olunur.
Qeydiyyat formasına ərizəçinin şəxsiyyət vəiqəsinin sürəti və valideynin icazə ərizəsi əlavə olunmalıdır. İştirakçıların seçimi müraciətçilərin ərizə formaları və müsahibə komissiyası ilə müsahibədən sonra aparılacaq. Müsahibədə həkim də iştirak edəcək.
Son müraciət tarixi: 22.06.2017
Əlaqə məlumatları:
“Sağlam Düşüncə” Gənclər Təşkilatı
Layihə koordinatoru: Rauf Əliyev
M: 055 347 46 33 | 055 222 15 04
E: office@csyo-az.org | elili.rauf@gmail.com