aze_0066
12 noyabr 2016-ci il tarixində Sumqayıt şəhərində “Ekoloji nəqliyyat-Sağlam həyat” velo-yürüşü təşkil edilmişdir. Çinar Bayramovun “Ekoloji nəqliyyat – Sağlam həyat” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, “Təbiət Dostları” Gənclər Təşkilatı və Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatı dəstəyi ilə təşkil edilən yürüşün məqsədi Sumqayıt gəncləri arasında velosipedin ekoloji nəqliyyat vasitəsi kimi təbliğ etməkdir.
Heydər Əliyev parkından start götürən və Nəsimi parkında yekunlaşan Velo-yürüşdə Bakıdan və Sumayıtdan 50-ə yaxın həvəskar velosipedçi iştirak edib. Yürüş şəhərin mərkəzi küçələrindən və Dəniz kənarı bulvardan keçməklə 10 km-lik marşurutu əhatə edib. Yürüşdə velosipedin ekoloji nəqliyyat vasitəsi kimi təbliğ etmək üçün yürüş iştirakçıları kampaniyanın şuarı əks edilmiş köynəklərlə təmin edilmişdilər. Yürüşün təhlükəsizliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən təmin olunurdu. Sumqayıt şəhərində həvəskar velosipedçilərin iştirakı ilə təşkil edilən sayca yeddinci velo-yürüşdür.
Qeyd edək ki, Çinar Bayramovun fərdi layihəsi çərçivəsində eyni zamanda gənclər üçün velo-təlimlər də təşkil edilib.