Xeber 31.07.2016

Sumqayıt məktəbliləri üçün təşkil edilən ekoloji layihəyə başa çatdı.

“Sağlam Düşüncə” Gənclər Təşkilatının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Azərbaycan təbiəti məktəblilərin kəşfində”layihəsinin icrası başa çatdı.
Məktəblilərin ətraf mühiti təcrübədə öyrənməsi və onların ətraf mühitə duyarlılıqlarını artırmaq üçün təşkil edilən layihədə Azərbaycanın müxtəlif regionlarında olan Milli parklarına ekskursiyalar təşkil edilib. Ekskursiyalar zamanı Layihənin eksperti Elşən Nur tərəfindən məktəblilər üçün milli parkların flora və faunası haqqında informasiya sessiyaları, onların ətraf mühitlə praktiki şəraitdə tanış olmaları üçün qrup işləri təşkil edilib. İyun-İyul aylarında təşkil edilən layihə çərçivəsində ümümilikdə hər birində 50 şagird olmaqla 7 qrup Göygöl, Hirkan, Şahdağ, Şirvan, Altağac Milli Parklarına ekskursiyalar təşkil edilib. Layihənin çərçivəsində Sumqayıt şəhər orta təhsil müəssisələrindən 350 nəfər məktəbli milli parklara təşkil edilən ekskursiyalarda iştirak edib.
Layihənin uğurlu icrası üçün müvafiq dövlət qurumları ilə əməkdaşlıq edilib, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Şəhər Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi maarifləndirici layihənin icrasına öz töhvələrinin veriblər.
Qeyd edək ki, “Sağlam Düşüncə” Gənclər Təşkilatı Sumqayıt şəhərində mütəmadi olaraq yeniyetmə və gənclərin ekoloji maariflənməsini təmin etmək məqsədi ilə müxtəlif layihələr və kampaniyalar təşkil edir.