“Sağlam Düşüncə” Gənclər Təşkilatına qoşulmaq istəyirsiniz?
Bunun üçün çox sadə şərtlərimiz var.
İctimai fəal ol, könüllü fəaliyyətdə maraqlı ol, təşkilatın NİZAMNAMƏSİ, fəaliyyət istiqamətləri və aşağıdakı üzvlük qaydaları ilə tanış olduqdan sonra müraciət üçün üzvlük ərizəsini doldur.
Tamhüquqlu üzvün öhtəlikləri aşağıdakılardır.
 – Təşkilatın Nizamnaməsinə və bütün dəyərlərinə hörmətlə yanaşmaq;
 – Təşkilatın tədbirlərində fəal iştirak etmək və öz bacarıqlarından istifadə edərək təşkilatın inkişafına töhvə vermək;
 – Təşkilatın daxili görüşlərində iştirak etmək;
 – İdarə heyətinin müəyyənləşdirdiyi illik üzvülük haqqını ödəmək;

Qeyd: Üzvlük haqqı üçün ödəniş 1 illik 36 AZN təşkil edir. Üzvlük haqqı sınaq müddəti bitdikdən və müsahibədən keçdikdən sonra ödənilir.
Tamhüquqlu üzv kimi nə əldə etmiş olursunuz:
 – Təşkilatın daxili seçkilərində seçmək və seçilmək hüququ;
 – Təşkilatı yerli və beynəlxalq tədbirlərdə təmsil etmək hüququ;
 – Təşkilatın daxili tədbirlərdə iştirak etmək hüququ (yalnız üzvlər üçün nəzərdə tutulan tədbirlər);
 – Təşkilat tərəfindən həyata keçirilən tədbirlərdə məsul şəxs kimi cəlb olunmaq o cümlədən şəxsi təşəbbüsləri və layihələri həyata keçirmək;
 – Təşkilatın həyata keçirdiyi layihə və proqramlarda bir başa iştirak etmək hüququ;
 – Təşkilatın elektron şəbəkələrinə üzv olmaq və oradan mütamadi olaraq yeni məlumatlar və xəbərlər almaq hüququ;

Üzvün Təşkilatda üzvlüyünə nə zaman xitam verilə bilər:
 – Üzvün öz istəyi ilə;
 – Üzv təşkilatın Nizamnaməsinə və ya qızıl qaydalarına zidd hər hansı bir davranışına görə təşkilatdan uzaqlaşdırıla bilə Bu halda üzvlük haqqı geri ödənilmir.

Gənclərlə dəyişikliyə doğru!