Şərq Tərəfdaşlığı

Şərq Tərəfdaşlığının əsası (ŞT) 2009-cu ildə Praqada qoyulmuşdur. Bu, Avropa İttifaqı və altı tərəfdaş ölkə (Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ilə münasibətlərin gücləndirilməsi üçün yeni təşəbbüsdür. Şərq Tərəfdaşlığında məqsəd tərəfdaşlarımızı Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməkdir.Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insane hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.
Şərq Tərəfdaşlığı istiqamətində irəliləyiş hər iki ildən bir yüksək səviyyəli sammit görüşündə və hər il Xarici İşlər Nazirləri səviyyəsində keçirilən iclasda nəzərdən keçiriləcəkdir. EURONEAST Parlament Assambleyası qurulacaq, Vətəndaş Cəmiyyəti Forumu vasitəsilə yerli və regional hökumət qurumları və Vətəndaş Cəmiyyəti təşkilatları ilə birgə ŞT-nın həyata keçirilməsi ilə sıx əlaqələndiriləcəkdir.

Vişeqrad Qrupu

Vişeqrad qrupu ( Vişeqrad 4-lüyü və ya sadəvə V4) Avropaya inteqrasiya çərçivəsində ümumi maraq doğuran bir sıra sahələrdə birgə işləmək üçün Mərkəzi Avropa regionu ölkələrinin səylərini əks etdirir. Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya həmişə müxtəlif dini ənənələr ilə mədəni və intellektual dəyərləri, ortaq kökləri paylaşan tək mədəniyyətin parçası olub ki, bunları da qorumaq və gələcəkdə gücləndirmək arzusundadırlar. Bütün V4 ölkələri qarşılıqlı dəstək ilə AB-yə inteqrasiyalarını Avropada süni ayırıcı xətlərin aradan qaldırılması prosesində növbəti addım olmasını dərk etdiklərindən Avropa İttifaqına üzv olmağa talib idilər. Onlar bu qayəyə 1 May, 2004-ci ildə hamısı AB-yə üzv olduqda gəlmişdilər. Vişeqrad qrupunda əməkdaşlıq mədəni birliyi təşviq etmək və qorumaq üçün mədəniyyət, təhsil, elm və informasiya mübadiləsi sahəsində söylənilən dəyərləri genişləndirəcək.

 “Vişeqrad 4-lüyü Şərq Tərəfdaşlığı” 

16 İyun 2011-ci il Bratislavada, V4 Nazirləri Sammitində Macarıstan, Polşa, Slovakiya baş nazirləri, Çex Respublikasının xarici işlər naziri və baş nazir müavini Şərq Tərəfdaşlığı çərçivəsində Vişeqrad əməkdaşlığın gücləndirilməsi məqsədiylə Şərq tərəfdaşlığı siyasətini müzakirə etdilər.
Aİ-nın Şərq tərəfdaşlığı layihəsi Vişeqrad Qrup ölkələrinin iştirak etdiyi uzunmüddətli xarici siyasət prioritetidir.
Baş nazirlər Aİ ilə Şərqi Avropa tərəfdaşlarının gələcək iqtisadi inteqrasiyası və siyasi birliyinin gücləndirilməsi, vizasız rejimə gedən prosesin sürətləndirilməsi yönündə öhdəliklərini vurğuladılar. Onun başlanmasından bəri 2 il əvvəl Şərq Tərəfdaşlığının Praqa sammitində, Şərq Tərəfdaşlığı bu ümumi məqsədlərə nail olmaq üçün iddialı və uzaqgörən vasitəni təmin elədi.
Şərq Tərəfdaşlığı və fərdi Şərq tərəfdaşları daxilində V4 ölkələrin rolu və fəaliyyətinin gücləndirilməsi və Şərq Tərəfdaşlığı çərçivəsində Beynəlxalq Vişeqrad Fondu proqramlarının genişləndirilməsi məqsədi ilə, baş nazirlər BVF çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinə fokuslanan xüsusi proqram – “Vişeqrad 4-lüyü Şərq Tərəfdaşlığı” (V4 ŞT) yaratmağı qərar aldılar.
Həm V4, həm də ŞT ölkələrinin əsas maraqlarını əks etdirən bu yeni V4 ŞT proqramı tədricən aşağıdakı sahələrdə flaqman layihələr ilə başlayaraq yaradılacaq: Demokratikləşmə və Transformasiya Prosesi, Regional Əməkdaşlıq və Vətəndaş Cəmiyyətinə Dəstək. V4 ŞT proqramı yavaş -yavaş digər sahədəki mövzulara da şamil ediləcək. Flaqman layihələr bütün V4 və ən azı 2 tərəfdaş ölkə ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Beynəlxalq Gənclər Əməkdaşlıq Formu – Baku 2014

“Sağlam Düşüncə” Gənclər Təşkilatıda öz növbəsində 2014 –cü ildən “Şərq Tərəfdaşlığı və Vişeqrad 4-lüyü” əməkdaşlıq platforması çərçivəsində Azərbaycan gəncləri üçün olan imkanlardan maksimum dərəcədə faydalanmaq məqsədi ilə layihələr icra edir.
Bu istiqamətdə ilk layihə 20-25 noyabr 2014-cu iltarixlərində “Sağlam Düşüncə” Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Şərq tərəfdaşlığı və Vışeqrad 4-ü: İmkanlar və Prespektivlər” mövzüsunda təşkil etdiyi Beynəlxalq Gənclər Əməkdaşlıq Formu oldu.
Bakı şəhərində təşkil edilən Beyləlxalq Gənclər Əməkdaşlıq Formu Şərq Tərəfdaşlığı və Vişeqrad 4-lüyü ölkələrininin gəncləri və gənclər təşkilatları arasında əməkdaşlıq imkanlarını genişləndirmək məqsədi daşıyırdı.
Forum çərçivəsində Şərqtərəfdaşlığı (Azərbaycan, Gürcüstan, Belarusiya, Moldova, Ukrayna), Visegrad 4-lüyü ölkələri (Polşa, Çexiya, Slovakiya, Macarıstan) və eyni zamanda Şərq tərəfdaşlığı platformasının inkişafında maraqlı olan Litva gənclərinin iştirakı ilə Beynəlxalq əməkdaşlıq imkanları müzakirə olundu və proqramlar haqqında gənclərə və gənclər təşkilatlarına təqdimatlar nümayiş etdirildi. Forumda ekspert qismində Beynəlxalq Vişeqrad Fondunun İctimai əlaqələr üzrə koordinatoru Jiri Sykoravə Salto-Youth şəbəkəsinin Şərqi Avropa və Qafqaz ölkələri üzrə koordinatoru Andriy Pavloviç çıxış edirdilər.
Formun açılış mərasimində Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun Layihələr və Regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov və Polşanın Azərbaycandakı Səfirinin Katibi Konrad Wiklo iştirak etdi.
Tədbirin birinci günü forum iştirakçılarına Gənclər Fondunun, Beynəlxalq Vişeqrad Fondunun və yeni fəaliyyətə başlamış Avropa ittifaqının Erasmus+ proqramının təqdimatları nümayiş etdirildi. Forumun növbəti günlərində iştirakçılar öz gözləntiləri və uğurlu təcrübələri ilə bölüşüblər, real əməkdaşlıq layihələrinin üzərində işlədilər. Əməkdaşlıq Forum çərçivəsində hazırlanmış layihələr yekun formaya gətirilərək maliyyələşməsi və icra olunması məqsədi ilə fondlara təqdim ediləcək.
Qeyd edək ki, Şərq Tərəfaşlığı ölkələrinin layihələrinin maliyyələşdirmək təklifləri ilə çıxış edən Beynəlxalq Vişeqrad Fondu ilk dəfə Bakıya Forum çərçivəsində dəvət edilib.