Avropa Könüllü Xidməti (EVS)
Avropa Könüllü Xidməti (EVS) gənclərə könüllülük layihələrində iştirak etmək üçün xaricə getməyə kömək edir. EVS könüllüsü olaraq siz xaricdəki təşkilatın işinə özünüzü həsr edirsiniz. Könüllük layihələri gənclərlə iş, mədəni fəaliyyət, sosial qayğı və ya mühitin müdafiəsi kimi sahələrdə bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Siz pulsuz və tam ştat olaraq könüllü işləyirsiniz. Könüllük müddətində öyrəndiyiniz biliklər və əldə etdiyiniz uğurlar bütün Avropada tanınan “Youthpass” sertifikatında əksini tapır. EVS könüllüləri mütləq surətdə EVS Info Kit –i oxumalı və gözləntilərini müəyyənləşdirməli, o cümlədən Youthpass və sığorta haqqında məlumatlanmalıdırlar. Erasmus+ Elektron Linqvistik Dəstək portalına çıxış sizə könüllü olduğunuz ölkənin dilini öyrənməkdə yardımçı olacaq.
Könüllülük müddəti
Könüllülük fəaliyyəti ən az 2 həftə və ən çox 12 ay olur. Könüllük imkanları həm Proqram Ölkələrində, həm də Proqrama Qonşu Ölkələrində mövcuddur. Azərbaycanlı EVS könüllüləri üçün imkanlar yalnız Proqram Ölkələrindədir.
Şərtlər
Siz 17 və 30 yaş arasında olmalısınız.
Maliyyə dəstəyi
Könüllülük layihəsi ilə əlaqəli bütün vacib xərclər Avropa İttifaqı tərəfindən qarşılanır. Siz yaşayış üçün yer, xarici və yerli transportla təmin olunursunuz. Eyni zamanda aylıq “cib xərci” alırsınız. Bütün könüllülər xaricdə fəaliyyətləri ərzində sığorta ilə təmin olunurlar.
Akkreditasiya olunmuş təşkilat
Biz 2009-cu ildən bəri Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” (“Youth in Action”) proqramında aktiv iştirak edirik və Avropada çoxlu tərəfdaşlarımız var. Əlavə olaraq, “ Sağlam Düşüncə” Gənclər Təşkilatı 2012-ci ildə EVS Göndərən təşkilat kimi akkreditasiya olunmuş, hazırda isə həm Göndərən, həm də Qəbul Edən təşkilatdır ( 2016 Yanvar ayından bəri).
Akkreditasiya nömrəsi №: 2015-1-PL01-KA110-017900 
Qeyd olunmuş linkdən bizim akkreditasiya haqqında məlumat ala bilərsiniz.
Necə müraciət etməli?
Siz EVS könüllüsü olmaq üçün birbaşa Göndərən təşkilata və ya Qəbul Edən təşkilata müraciət edə bilərsiniz. Avropa İttifaqının gənclər üçün olan saytında – Avropa Gənclər Portalı– könüllük imkanlarının databazası mövcuddur. Burda siz müxtəlif layihələr haqqında məlumat, arzu olunan könüllü profilinin təsviri, müraciət proseduru və əlaqə vasitələrini tapa bilərsiniz. EVS layihələrində müraciət prosedurları fərq ola bilir ki, bunun üçün də hər layihənin “Necə müraciət etməli” bölməsi ilə tanış olmalısınız.
Sizə uyğun layihə tapa bilmədiyiniz təqdirdə, EVS təşkilatları bölməsindən təşkilatlarla əlaqə saxlayaraq layihələrdəki vakant yerlər barədə soruşa bilərsiniz. Yadda saxlayın ki, bu siyahıda olan təşkilatlar həmin vaxtı könüllü axtarışında olmaya bilər. EVS akkreditasiyası olan təşkilat kimi biz Avropada könüllük imkanları barədə məsləhətlər verir və uyğun layihənin tapılmasında yardımçı oluruq.
Bizim Avropada könüllülükdə maraqlı olan gənclər üçün müraciət formamız da var. Aşağıdakı müraciət formasını doldurmaqla siz seçdiyiniz layihə mövzuları ilə əlaqəli Könüllülük imkanları barədə məlumatlandırılacaqsınız. Bu müraciət forması “ Sağlam Düşüncə” Gənclər Təşkilatının EVS namizədləri databazasını formalaşdırır. Biz məlumatların konfidensiallığına zəmanət veririk. Müraciət formasını doldurmağa başlamazdan öncə, mütləq EVS Info KitEVS charter –i oxuyun.
Bundan başqa, siz könüllü olmaq istədiyiniz layihəni databazadan taparaq “Sağlam Düşüncə” Gənclər Təşkilatına Göndərən təşkilat olması üçün müraciət də edə bilərsiniz.
Avropada Könüllük Xidməti haqqında əlavə konsultasiya və ya informasiyaya üçün bizlə evs@csyo-az.org emaili vasitəsi ilə əlaqə saxlaya bilərsiniz. “Sağlam Düşüncə” Gənclər Təşkilatı tərəfindən göstərilən bütün xidmələr ÖDƏNİŞSİZDİR.